İnsan içkili halda dünyasını dəyişərsə BU HALLAR MÜTLƏQ OLACAQ - DİQQƏT! - DİN XADİMİ DANIŞDI
"Ümumiyyətlə Qurani-Kərimdə insan ağlını azaldacaq və insanın mahiyyətini təşkil edən, ağıla zərrə qədər zərər gətirən hər hansı bir iş haram hesab olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

"O cümlədən də spirtli içki və ona bağlı olan digər maddələr, hansı ki, onlar insanı məst edir, insanı ağıldan kəm edir, insanla ağıl arasında pərdə yaradır. Məhz elə ona görə də, Qurani-Kərimdə məstedici maddə olaraq, araq "xəmr" kəliməsi ilə işlənmişdir. "Xəmr" kəliməsi "örtük", "pərdə" mənalarını ifadə edir. Sanki, ağılın üzərinə bir örtük, pərdə çəkilir, insan öz ağlından müəyyən qədər məhrum olur. İnsanı idarə edən onun ağlıdır. Bu günümüzdə də artıq sübüt olunmaqdadır ki, spirtli içkilər içilən zaman insan müəyyən işlərin idarəetmə qüvvəsini itirir. Misal üçün, avtomobil idarə edərkən sürücü spirtli içki içdiyi üçün dərhal məsuliyyətə cəlb edilir. Çünki bu hal qayda-qanun pozuntusuna gətirib çıxarır. Deməli spirtli içkinin mənfi tərəfi daha çoxdur. Təbii ki, Allah-Təala Qurani-Kərimdə qeyd edir ki, bəzi insanlar bunun faydalı olduğunu düşünürlər.
Ümumiyyətlə nəzərə almalıyıq ki, dünyada hər hansı bir pis işin faydalı olma tərəfi də ola bilər. Bu zaman həmin ziyanlı iş üçün bəhanə gətirə bilərik. Məhz ona görə də Allah-Təala bəhanə yeri saxlamır. Qoy insanlar deməsinlər ki, "axı bunun faydalı tərəfi də vardır". Allah Təala həmin ayələrdə buyurur ki, spirtli içki sizin üçün faydalı olsa belə o sizin üçün ziyanlıdır. Spirtli içkinin ziyanı, onun faydasından daha çoxdur. Onun üçün də Allah-Təala bu əməli qadağan edir və digər tərəfdən də qeyd etmək lazımdır ki, spirtli içkilər insanı Allaha doğru düşüncədən ilahi kamillik yolundan uzaq salır, geriyə aparır və insan əsas hədəfdən yayınır. Spirtli içki içib və yaxud ona bənzər digər maddələri qəbul edib öz ağlına sədd çəkib, özü ilə ağlı arasında bir məsafə yaradan ağıl sahibi bu işdən çəkinməlidir. Allah-Təala bu işi qəti qadağan edir, Allahın əmrinin pozulmasına gətirib çıxarır. Allah-Təala bunun üçün həm bu dünyada, həm də axirətdə cəzalar tətbiq edəcəkdir. İnsan əgər içkili halda dünyasını dəyişirsə, axirətdə onun üzü qara olar və onun üçün sorğu-sual çox ağır olar.
İnsan ömrünün məst halında düşüncə və idrakdan kənar yaşadığı üçün cavabdehlik daşıyır və insan qəbrdə sorğu-sualından sonra də məhşər həyatında ona verilən əsas suallardan biri də ömrünün, cavanlığının, malının və mülkünün harada sərf olunmasıdır. Bu ağır suallar axirətdə insan üçün təhlükəli məqamlar yaradacaq. Spirtli içkilərin də birbaşa səbəb olduğu ziyanlar elə insanın ömrünün, cavanlığının və malının hədər getməsinə gətirib çıxardır. Peyğəmbər (ə.s) buyurur ki, "İçki, sanki bir ağacdır, onun pislikləri həmin ağacın budaqları, şaxələridir. Nə qədər spirtli içkilər istifadə olunsa bir o qədər də ağac budaqları kimi pisliklər, qayda pozuntuları, fəsadlar saçmış olacaq. Digər hədisdə isə buyurur ki, "Bütün pisliklər bir otağa yığılmışdır, onun açarı spirtli içkilərdir, ağlı məst edən maddələrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB