"Şimal və qərbdən hərəkət edən soyuq hava kütləsinin təsiri nəticəsində yanvar ayının 13-də gündüz saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, yanvar ayının 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə küləyin maksimal sürəti arabir 28-30 m/s-dək güclənəcək: "Yanvar ayının 13-ü axşam saatlarında yağış yağacaq. Yanvarın 14-ü yağışın sulu qara, bəzi yerlərdə isə qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Proses yanvar ayının 14-ü axşamadək davam edəcək. Bölgələrə yanvar ayının 13-ü səhər Naxçıvan Muxtar Respublikasında, gündüz isə Şərqi-Zəngəzur və Qarabağ bölgəsində və Böyük Qafqaz zonasının bəzi yerlərdə qar yağacaq. Axşama doğru isə əksər rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı bölgələrdə isə yağıntıların intensiv və güclü olacağı gözlənilir, qərb küləyi isə arabir güclənəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayıcı hesab olunur. Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB