Depressiyanın yaranma səbəbləri AÇIQLANDI - PSİXOLOQ AÇIQLADI

Depressiyanın yaranma səbəbləri AÇIQLANDI - PSİXOLOQ AÇIQLADI

“Biz depressiyaya xəstəlik yox, narahatlıq deyirik. Düzdür ki, depressiya bəzi hallarda xəstəlik kimi də qələmə verilir, amma depressiya son dövrün ən aktual narahatlığıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

O, qeyd edib ki, depressiya həm xarici təsirlərin nəticəsində, həm də heç bir səbəb olmadan yarana bilən bir narahatlıqdır. “Xarici səbəblər dedikdə, məsələn hər hansı bir hadisə baş verə bilər, birinin yaxını rəhmətə gedə bilər, digərinin işində çox böyük uğursuzluq ola bilər. Bu kimi xarici təsirlərin nəticəsində yaranan bir problemdir. Depressiya daha çox qadınlarda görülür. Bu insan ki, xarici təsirlərin nəticəsində depressiyaya düşür, bu normal haldır. Yəni, bir insanın yaxını rəhmətə gedibsə, onun depressiv bir duruma düşməsi normaldır. Sadəcə aylar, günlər keçdi, bu insanın yenidən normal həyata adaptasiya olmaması artıq bizdə həyəcan siqnalı çalır. Depressiya zamanı birdən-birə insanın əhval-ruhiyyəsi düşür, yeməkdən kəsilir və yaxud daha çox iştahlı olur. Əvvəllər zövq aldığı şeylərdən artıq heç cür zövq almır. Ən əsası isə hər vəziyyət depressiya hesab olunmur. Depressiyanın əlamətləri minimum iki həftədən çox və hər gün olmalıdır ki, bu depressiya hesab olunsun. Çünki, depressiya həftələrlə, aylarla, günlərlə gedən bir prosesdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə