Masallının Ərəb kəndində şəhid əsgər Masim Qurbanovun anım mərasimi
Dünən, 10 yanvar 2022-ci il tarixdə Masallı rayonunun Ərəb kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Masim Hafiz oğlu Qurbanovovun anım mərasimi təşkil edilib. Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
İcra başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışmışdır.
Masallı RİH başçısı demişdir ki, şəhid atalarına, qazilərimizə, döyüşçülərimizə dərin hörmət və ehtiramımı bildirirəm. Bu gün Masallıda dəfn olunan şəhidlərdən 48-cisi olan şəhid əsgər Masim Hafiz oğlu Qurbanovun il mərasiminə yığışmışıq.
Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı, torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı, 1 milyon qaçqın-köçkünümüz, Xocalı faciəsi...olmazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həmin dövlətlər qarşısında konkret mövqe qoydu. İndi dünyada Türk dövlətlərinin böyük "Turan" birliyi yaranır. Düzdür, bu birliyimizə zərbə vurmaq istəyən dövlətlər var. Qazaxıstan hadisələri qəlbimi ağrıtdı... Biz mehriban qonşuluq, mehribamçılıq tərəfdarıyıq. Müharibə istəmirik. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Onlar bir məğrurluq nümayiş etdirdilər. Mən şəhid ailələrinə təşəkkür edirəm. Mən qazilərimizə təşəkkür edirəm. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Bu gün şəhid əsgər Masimin ruhu bizimlədir. Mən dəfələrlə demişəm, bu gün də deyirəm: Masimlər bizə əyilən vüqarımızı və qürurumuzu qaytardılar. Masim kimi gənclərlə hər zaman qurur duyacağıq! Masim və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində Vətən torpaqları Ermənistanın işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid əsgər Masim balamızı rəhmət eləsin.
Həmin kənddən olan Vətən müharibəsinin şəhid əsgəri Masim Hafiz oğlu Qurbanovov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda","Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Şəhid əsgəri Masim Qurbanovovun ailəsi, şəxsən atası, Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş Hafiz, kənd camaatı, Xırmandalı kəndindən olan Möhübbət Qasımov, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Ərəb kənd qəbiristanında şəhid əsgər Masim Qurbanovovun məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
Çıxış edənlər şəhid barədə xatirələr danışılmış, şəhid əsgər Masim Hafiz oğlu Qurbanovovun heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB