Kişilərdə aqressiv və kobud davranışların SƏBƏBLƏRİ NƏLƏRDİR? - PSİXOLOQ AÇIQLADI

“Davranış ailədən qaynaqlanan bir biçimdir, yəni ailə üzvlərinin bir-biri ilə davranışına əsasən insan xarakteri formalaşır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitunun psixoloqu Lalə Əhmədova deyib.

“Bəli, orada xarakterin də öz rolu var. İnsanın xarakter tipi, temperament tipi, necə bir insan olduğu, ailədə necə yetişdirildiyi, hansı tərbiyəni aldığı, ailədə insanların bir-biri ilə davranışı əsas götürülür. Ona görə də bir yetişkin insanda - qadın və ya kişi fərq etmir davranış şəkli və ya kobudluq sırf kişilərə məxsus bir xüsusiyyət deyil. Qadınlarda da belə hallar var və buna davranış pozuntusu, yəni özünü idarə edə bilməmə deyirlər. Ümumiyyətlə insanın davranışlarına və özünü idarə etməsinə mərkəzi sinir sisteminin oyanıqlılığı təsir edir. Aqressiv insan əlbəttə ki, kobud olur, başqa insanlara reaksiyası sərt olur. Ona görə də əsəb, sinir problemi olan insanlarda öfkə kontrol pozğunluğu olur. Onlar özünü idarə etmədə biraz çətinlik çəkirlər. Sinir sistemi, qarmonlar, qarmonların disbalansı mütləq şəkildə davranışa təsir edir”-deyə, psixioloq fikrini tamamlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə