Sərnişin sıxlığını necə aradan qaldırmaq olar? - BNA-NIN RƏSMİSİ AÇIQLADI
"Sərnişin sıxlığını aradan qaldırmağın tək yolu avtobuslar üçün ayrıca hərəkət zolaqlarını təşkil etmək və mövcud zolaqlara nəzarəti artırmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu gün paytaxtın marşurut şəbəkəsində mövcud avtobus sayı gündəlik sərnişin tələbatını ödəmək üçün yetərlidir: "Yəni problem avtobus sayının azlığı ilə bağlı deyil. Lakin ayrıca zolaqların olmaması və olanlara nəzarətin zəif olması pik saatlarda avtobusların intervalında ləngimələrə səbəb olur.
Bakı Nəqliyyat Agentliyi NK-nın yanında Yol Hərəkəti Təhlüksizliyi komissiyasına 22 küçə və prospektdə hansı ki bu ərazilər əsas ictimai nəqliyyat dəhlizləri hesab olunur orada avtobus zolaqlarının təşkilini təklif etmişik. Bu küçələrdən yalnız 14-nə razılıq verilib. 10 küçədə artıq bu təşkil edilib. Amma bu zolaqların tam bir marşrut halında olmaması və nəzarət amili səbəbindən istədiyimiz nəticə hələki əldə edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB