"Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 11-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” Qaz Paylayıcı Stansiyasından qaz təchizatının dayandırılması planlaşdırılır.
SİA xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB