Türkiyədən Yunanıstana xəbərdarlıq: “Səbrimizi sınamasınlar”

Türkiyədən Yunanıstana xəbərdarlıq: “Səbrimizi sınamasınlar”

"Ərazi sularınızı 12 mil uzatsanız, biz Egedəki beynəlxalq sulara çıxmaq üçün icazə istəyəcəyik?”. SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"Biz deyirik ki, sülh, sabitlik olsun. Hər iki ölkə təbii sərvətlərdən faydalansın. "12 milin vaxtdır” kimi yanlış hesablamalar aparmasınlar. Biz iki ölkə arasındakı problemləri sülh, dialoq yolu ilə həll etmək istəyirik. Bütün təxribatçı yanaşmalara baxmayaraq, "gəlin, danışaq” deyirik. Bu, heç bir halda zəiflik kimi qəbul edilməməlidir. Rəsmi Afina bizim səbrimizi sınamasın", - deyə Akar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə