Muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, uzaq və yaxın keçmişdən soraq verən maddi-mənəvi xəzinədir. Nəsillər və tarixi mərhələlər arasında körpü və ən yaxşı bələdçidir.
İlk muzey nümunələri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdı. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyalarının toplandığı muzeyvari təşkilatlar idi. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni və tarixi əhəmiyyəti artmışdı. Sonralar bu kolleksiyalar hesabına dünyanın bir çox məşhur muzeylərinin əsası qoyulmuşdu. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər. Hazırda Azərbaycanda 212 muzey fəaliyyət göstərir. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix muzeyləridir. 68 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi var. Ev-muzeylərinin sayı 46-ya çatır.
Azərbaycanın ən iri muzeyləri sırasına Milli Tarix Muzeyi, Milli Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İstiqlal Muzeyi və digər muzeylər daxildir. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da, insanların muzeyə marağı çox böyükdür. Bu mövzunun aktual olması ilə bağlı Səs İnformasiya agentliyi olaraq bir neçə muzeylərə ziyarət etdik.
İlkin olaraq dəniz kənarı milli parkda yerləşən “Azərbaycan Milli Xalça” muzeyinə ziyarət etdik. Muzey haqqında məlumatları mətbuat katibi Ülvinə Fərzəliyevadan aldıq.
Onun sözlərinə görə, Azərbaycan Milli Xalça muzeyi ilk dəfə 1960-ci ildə Lətif Kərimov tərəfindən qoyulmuşdur. Muzeyin ilk ekispozisiyası 1972-ci ildə Cümə məscidində göstərilmişdir. Cənab Prezident İlham Əliyevin 2007-ci ildə Xalça muzeyinin açılması ilə bağlı fərman imzalamışdır. 2014-cü ildə Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatlığı bu möhtəşəm binanın əsası qoyulmuşdur. Muzeydə hal-hazırda 10.000-dən çox eksponat qorunub saxlanılır.
Burada xalça nümunələri ilə yanaşı xalça məmulatlar, bəddi metal, zərgərlik materialları, bəddi geyim və s. mövcuddur. Azərbaycan Milli Xalça muzeyi 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbə də, xofsuz xalçalar, 2-ci mərtəbədə isə Gəncə-Qazax, Qarabağ, Tərbiz və Quba-Şirvan bölgələrinə məxsus xoflu xalaçalar saxlanılır. Burada bələdçilər də, fəaliyyət göstərir. Onlar ingilis, rus, ərəb dillərində bilirlər. Muzeydə saxlanılan ən qədim xalça 17 əsrə aid olan Qarabağ xalçasıdı. Azərbaycan Milli Xalça muzeyi yalnız xalça nümunələrini göstərməklə kifayətlənmir.
Eyni zamanda uşaqlar və yeniyetmələr üçün ustad dərsləri təşkil olunur. Bu dərslər də uşaqların milli mədəniyyətimizlə yaxından tanış olması üçün şərait yaradılır. Muzeyimizdə uşaqlar üçün 3ay müddətində “Nənəmin sandığı” lahiyəsi həyata keçirilmişdir. Bu lahiyədə onlar Azərbaycan milli geyimlərimlərinin hazırlanması sahəsində təcrübə əldə etmiş oldular. Azərbaycan Milli Xalça muzeyi pandemiya dönəmində də, aktiv bir şəkildə fəaliyyət göstərmişdir.
Muzeyin kolleksiyasında olan hər bir nümunələr bağlı paylaşımlar edilirdi. Xarici və yerli dekorativ tətbiqi sənət sahələrinin mütəxəsisləri ilə canlı bağlantılar edilirdi. Ümumilikdən Azərbaycan xalçaçılıq sənəti ilə bağlı hər bir məlumat insanların istifadəsinə verilirdi. Muzeyə gələn ziyarətçilər haqqında onu deyə bilərəm ki, Azərbaycan Milli Xalça muzeyi hər zaman ziyarətçi sayına görə digər muzeylərdən fərqlənmişdir. Muzeyi yerli sakinlərimizlə yanaşı turistlər də ziyarət edirlər.
Hal-hazırda isə Covid-19 pandemiyasından dolayı ölkəmizdə turistlərin sayı azdır. Lakin yenə də, yerli əhali muzeyi diqqətdən kənar qoymur. Həftənin 4-cü günləri müəyyən saat çərçivəsində insanların muzeyə girişi pulsuzdur. Ümid edirik ki, pandemiya bitəcək və Azərbaycan milli xalça muzeyi əvvəlki tempdə ziyarətçilərini qəbul edəcəkdir.
Daha sonra İçərişəhərdə yerləşən “Şirvanşahlar” muzeyinə üz tutduq. Muzeyin bələdiçisi Sevda Məlikzadənin sözlərinə görə, muzey ümumilikdə Şirvanşahlar saray kompleksi olaraq İçərişəhərin ən hündür yerlərindən birində qayaüstü üzərində 1 hektarlıq ərazidə yerləşir.
Kompleks özü 3 böyük ərazidən ibarətdir. Bu saray 12 və 15-ci əsrlərə aiddir. İmərişəhər Azərbaycanın ən qədim məkanlarından biridi. Burada bir neçə memarlıq abidələrimiz yerləşir-Qız qalası, Şirvanşahlar sarayı və s.
Bildiyiniz kimi Qız Qalası 2020-ci ildə UNESCO-nun dünya abidələri sırasına daxil edilmişdir. Pandemiyadan sonra muzeyə gələnlər əsasən yerli sakinlərdir. Lakin pandemiyadan öncə yerli sakinlərlə yanaşı, turistlərdə buraya axın edirdi. Muzey də, eyni zamanda bələdçilərimiz də, fəaliyyət göstərir.
Onlar ingilis, rus və türk dilində bilirlər. Ümumilikdə Şirvanşahlar dövründən qalmış hər eksponat burada qorunub saxlanılmaqdadır.
SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Valeh Məmmədov:"Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir.
Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir.Bu muzeylərdən ən gözəli isə mənim fikrimcə Miniatur kitab muzeyidir.Burda insanların düşüncəsini,həyata baxışını dəyişdirəcək 8000-dən çox kitab mövcüddür.Pandemiyadan əvvəl daha sıx-sıx gedirdim.Amma hal-hazır ki şəraitdə də imkan olduqca ora da olub biliklərimi daha da artırıram və bunu hər kəsə tövsiyyə edirəm.Oxumaq gözəl bir şeydir və biz gənclərin oxuyub biliklənməsi üçün gözəl imkanlar yaradılıb bunun üçün Ölkə başçımızı dərin minnətdarlığımı bildirirəm".
Şəhər sakini Gülnar Məmmədli: "Muzeylərə getməyi çox sevirəm. Boş vaxtım olduqca çalışıram ki, özümə inkişaf etdirirəm. Pandemiya dövründə hər yer bağlı olduğu üçün gedə bilmirdim. Məncə gənclərimiz də tez-tez muzeylərə getməlidir. Öz dünya görüşlərini artırmalıdır. Həm vətənimizi, həm də tarixi şəxsiyyətlərimizi tanımaq üçün ən gözəl yollardan biridir. Tanınmış sənətkarlarımızın ev muzeylərinə gedib, onları yaxından tanımaq üçün yaxşı üsuldur".
Şəhər sakini Hüseyn Salahov: "Muzeylər bizim tariximizdir mədəniyuətimizdir. Bəli hal hazırdakı mizeylərin vəziyyəti ürəkaçandır. Onıarı qoruyub saxlamaq bizim borcumuzdur.Xeyr təəsuflər olsun ki pandemiyadan sonra heç bir muzeydə olmamışam. Ama ümumi vəziyyəti dıyərləndirındə muzeylərimiz çox gözəl düzəldilmişdir. Son dəfə isə Xalça muzeyində olmuşdum. Univerditetdən aparmışdılar və çox bəyənmişdim".
Şəhər sakini Mehbarə Məmmədova: "Mən Azərbaycanda bir çox muzeylərdə olmuşam. Düşünürəm ki, muzeylərimiz son dərəcə də, çox yaxşıdır".
Şəhər sakini Vüqar Ağayev: "Muzeylerde cox olmamışam. Sadece bir dəfə Qobustan muzeyində olmuşam. Amma belə muzeyleri çox bəyənirəm".
Şəhər sakini Fatma Abdulla:" Pandemiyadan sonra muzeylərdə olmamışam. Hal-hazırda isə işlərin çoxluğundan vaxt tapıb gedə bilmirəm. Lakin tarixi muzeyləri çox bəyənirəm. Düşünürəm ki, muzeylər insana keçmişə səyahət etmək şansınl bəxş edir. Eyni zamanda muzeylər insanın mədəni istirahəti baxımından çox mühüm bir faktordur".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB