Soyuqdəymə, qrip, yoxsa Omikron? AKTUAL+HƏKİM ŞƏRHİ

Soyuqdəymə, qrip, yoxsa Omikron? AKTUAL+HƏKİM ŞƏRHİ

Simptomlara görə necə fəqrləndirməli?

Epidemiyanın beşinci dalğası qrip və soyiqdəymə xəstəlikləri ilə eyni anda inkişaf edir. Müayinə olunmadan isə insanın hansı xəstəliyə mübtəla olmasını anlamaq mümkündeyil. Lakin elə simptomlar var ki, onlar buna eyham vurur. SİA xəbər verir ki, sözügedən mövzuya İsraildən olan həkim, doktor İtay Qal “Vesti – İzrail po russki” saytında yazdığı məqaləsi ilə aydınlıq gətirib.

Onun sözlərinə görə, əgər sizdə boğaz ağrısı, burun axıntısı, əzələ ağrıları və öskürək varsa, ilk növbədə ağla gələn şey koronavirusa yoluxma olur. Lakin iki il əvvəl həmin simptomlar yüngül viruslu xəstəliklər, yaxud qrip kimi göstərilirdi və indi sual yaranır: bəs bütün bunları koronaviirusdan necə fərqləndirmək olar? Gəlin müzakirə edərək nəticəyə gələk.

Hazırda dünyada epidemiyanın beşinci dalğası ilə bağlı proqnozlar reallığa çevrilir, təkcə yanvarın 4-də 12 000 yoluxma aşkar olundu (İsraildə-R.R.) və minlərlə insan hər gün müxtəlif şikayətlərlə poliklinikalara gedirlər. Ən yaxşı profilaktik vasitəsi – koronavirusa və qripə qarşı peyvənd olunmaqdır. Əgər insan yoluxubsa, nəyə yoluxduğunu öyrənməlidir. Koronavirus infeksiyası, soyuqdəymə və qrip geniş simptomlarla müşayiət edilə bilər.

Omikron ştammı ilə yoluxanlar, xüsusilə peyvəndlənənlər soyuqdəymə sipmtomları, boğaz ağrıları, yüngül halsızlıq, ağrılar və zəiflik kimi hallarından şikayət edirlər. İki həftə əvvəl Londonda əldə edilən məlumatlar göstərdi ki, yeni ştammın 5 əsas simptomları var – burun aıxntısı, baş ağrısı, halsızlıq (yüngül, ya da özünü göstərən), asqırmaq və boğaz ağrısı.

Hərarət

Hər virus xəstəlikləri qızdırma gətirmirlər. Bu, daha çox bakterial infeksiyalara xarakterik olan bir haldır ki, onlar antibiotiklərlə müalicə olunurlar. Virus infeksiyaları zamanı hərarət adətən tez keçir. Bununla yanaşı bu dəmir qayda-qanunu deyil – yüksək hərarət virus infeksiyası zamanı da baş verə bilər. Delta və Omikron ştamlarına yoluxarkən hərarət elə də çox davam etmir və çox az halda 38,5 selsini keçir.

Boğaz ağrısı

Boğaz ağrısı Omikronda olan əsas sipmtomdur. Erkən mərhələlərdəki virus infeksiyaları daha tez-tez burun və qırtlaq hissələrini hədəfə alır və bununla da xəstəlik yaradır. Qlandalar orqanizmin limfatik hissəsidir. Nəticədə boğaz qızarır və ağrılı olur. Bu, Omikronun əsas simptomudur.

Uzunmüddətli zəiflik, halsızlıq və əzələ ağrıları

Virus infeksiyaları qızdırma, zəiflik və əzələ ağrısına səbəb olan maddələrin sərbəst buraxılmasına səbəb olur. Bu simptomlar hər dəfə əmələ gəlmir və xəstəliyin ağırlığını xarakterizə etmir. Qrip kimi köhnə virus infeksiyaları maksimum 2-3 günə yox olurlar. COVID-19 zamanı onlar daha çox qala bilərlər, xüsusilə hallsızlıq – hərdən bu vəziyyət həftələrlə, aylarla davam edə bilər. Əsasən də xroniki kovid (long COVID) inkişaf edərsə.

Öskürək əsas simptom kimi aradan qalxıb

2 il əvvəl, epidemiyanın başladığı zaman koronavirusun əsas sipmtomu öskürək idi. O, ətrafdakıların yoluxmasında əsas faktor rolunu oynayırdı. Omikron dövründə və vaksinasiyada öskürək əsaas sipmtom olaraq aradan qalxdı. Lakin ağır öskürək və təngənəfəslik zamanı xüsusi koronavirus poliklinikalarına, xüsusi xəstəxanalara müraciət etmək lazımdır.

İnsanın koronavirusa yoluxmasını necə ayrıd etməli?

Bunu öyrənməyin yeganə yolu bilavasitə analiz verməkdir. O, yalnız karantinə göndərilmək üçün deyil, həm də həkimin necə, hansı növ müalicə aparması üçün əhəmiyyət əksb edir.

Simptomları necə aradan qaldırmaq olar?

Yüngül, ya da orta ağırlıqlı virus xəstəliklərinin yaranması adətən bir neçə gündə özü-özünə keçib-gedir. Yüngül simptomatikada növbədi obrazda davranmaq lazımdır:

* Koronavirusla bağlı analiz vermək və nəticəni əldə edənə qədər izolyasiyada olmaq.

* Hərarət 38,5 dərəcədən aşağı olarsa onu aradan qaldırmağa çalışmağa ehtiyac yoxdur. Daha yüksək hərarətdə qəbul edilən dozada qızdırmanı aşağı salan dərmanlardan istifadə etmək olar.

* Öskürə zamanı öskürəyə qarşı dərmanlar qəbul etmək olar, ağır hallarda isə inqalyatorlardan (Ventolin və ya Flixotide) istifadə etmək gərəkdir. Həmçinin steril duzlu qarışıqla da inqalyasiya etmək mümkündür. Xəstə daha çox maye qəbul etməlidir.

* Boğazda ağrı olarsa soyuq yeməklər və içkilər içmək, dondurma yemək olar. Qaynar, isti və acılı qidalardan özünü saxlamaq lazımdır. Belə ki, soyuq boğazətrafı yerləri normalaşdırır, həmçinin insan özünü daha yaxşı hiss etməyə başlayır. Həmçinin, sorulan həblərdən də istifadə etmək olar, ancaq onların effektləri məhduddur.

Həkimə nə zaman müraciət etməli?

* Əgər hərarət 38,5 dərəcədirsə və hərarətsalıcı dərmanlar da təsiretmirsə, eləcə də 3 gündən artıq davam edirsə.

* Dərialtı qan laxtalanmaları, səpmə və s.

* Gün ərzində 3 dəfə qusma halında. * Отсутствие мочеиспускания более 10 часов.

* Mayeni udmaqda çətinlik çəkərkən.

* Təngənəfəslik: dodaqların görəyməsi, ya da tez-tez nəfəsalma (böyüklərdə dəqiqədə 20 dəfədən çox, uşaqlarda dəqiqədə 40 dəfədən çox)

* Yaddaşın qaranlıqlaşması, unutqanlıq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə