Novruz bayramında növbəti əfv sərəncamı gözlənilir? - QURUM RƏSMİSİ AÇIQLADI

Novruz bayramında növbəti əfv sərəncamı gözlənilir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Bildiyimiz kimi əfv sərəncamları cənab Prezident İlham Əliyev tərəfindən imzalanır. Demək olar ki əfv sərəncamlarının böyük əksəriyyəti Novruz bayramı münasibətilə cənab Prezident tərəfindən imzalanır". Bu sözləri SİA-ya açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də cəmiyyətdə hər zaman belə gözləntilər var: "Cənab Prezident İlham Əliyev indiyə kimi 36 əfv sərəncamı imzalamışdır və 5 mindən artıq şəxs cəzasının qalan hissəsindən azad edilmişdir. Novruz bayramında əfv sərəncamının olub-olmaması ölkə başçısının idarəsindən asılı olan bir məsələdir. Amma onu da qeyd edim ki, Əfv Komissiyasının katibliyi və Azərbaycan Respublikasının Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru fasiləsiz işləyir. Yəni mütəmadi olaraq demək olar ki, hər ay, hər gün məhkumlar tərəfindən, məhkumların vəkilləri tərəfindən, QHT-lər tərəfindən, müraciətlər daxil olur. Daxil olan müraciətlərlə bağlı fərdi iş aparılır, müəyyən arayışlar hazırlanır və Əfv Komissiyasının sədrinə təqdim olunur. Daha sonra isə sədrin qərarı ilə Əfv Komissiyasının iclası çağırıla bilər. Hazırda bütün daxil olan müraciətlərin emalı prosesi gedir. Yəni müvafiq daxil olunmuş müraciətlə bağlı arayışların hazırlanması prosesi gedir. Əfv sərəncamının nə zaman imzalanmasını dəqiqliklə demək yanlış olardı. Çünki bu ölkə başçısı tərəfindən dəqiqləşdirilir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə