Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirilib

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirilib

Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə