Şorgözlük deyərkən hamının ağlına ilkin olaraq kişilər gəlir. Bu haqq da, yetərincə məlumata və informasiyaya sahibik. Amma yalnız kişilər deyil, eyni zamanda qadınlar da, şorgöz ola bilirlər. Qadınların şorgözlüyü haqqında eşitmisinizmi? Bəs şorgöz qadınlar necə xarakter tərzinə sahib olurlar. Onları necə tanımaq olar? Hansı hərəkət və ya davranışlarıyla qadınların şorgöz olmasını təxmin etmək olar? Bütün bu suallara cavab tapmaq üçün SİA olaraq şəhər sakinlərinə üz tutduq.
Şəhər sakini Orxan Abdullayev: “Düşünürəm ki, kişilərdə necə şorgözlük hallarına rast gəliriksə, eləcə də qadınlarda da, bu halların baş verməsi normaldır. Lakin mən heç bir cinsin nümayəndəsinə bu dediyiniz bu faktoru yaraşdırmıram”.
Şəhər sakini Zenfira Mustafayeva: “Hər bir insanda şorgözlük olsa da, ən vacib məsələ o şorgözlüyü içində saxlaya bilməkdir. Bəzi kişilər var ki, gözəl qadın görür və sadəcə baxır. Bəziləri isə gözəl qadın gördükdə sadəcə baxmaqla yetinməyib başqa yollara da əl atır bu artıq şorgözlükdür”.
Şəhər sakini İbrahim Quliyev: “Bununla bağlı fikrimi məşhur atalar sözü ilə bildirmək istəyirəm. “Ot öz kökü üstündə bitər” yəni bu şorgözlük sonradan yaranmır və insanın içində olur. Hesab edirəm ki, bu heç də yaxşı bir şey deyil”.
Şəhər sakini Sona Səfərzadə: “Məncə kişilər ac göz bir varlıqlar olduqlarına görə gözləri doymur. Buna görə də, başqalarına tamah salaraq, şörgözlüklə məşğul olurlar”.
Şəhər sakini Elsevər İbrahimov: “Elə hesab edirəm ki, şorgöz kişiləri əsasən qədir-qiymət bilməz insanlardır. Sahib olduqlarına yetinə bilmədikləri üçün bu hissə ehtiyac duyurlar”.
Şəhər sakini Gültac Qəhrəmanova: “Şorgöz insanlara hamının münasibəti necədirsə, demək olar ki, məndə də belədir. Buna müsbət fikir bildirən insan düşünürəm ki, normal deyil. Günü-gündən şorgözlük artmaqdadır. Düşünürəm ki, bunun başlıca səbəbi sosial şəbəkələrlə bağlıdır".
Şəhər sakini Kamran Həsənov: “Şorgöz qadınlara rast gəlmişəm. Həmin xanımlar hər bir hərəkətləri ilə şorgöz olduqlarını bildirirlər. Lakin heç bir xanıma bunu yaraşdırmıram".
”Şəhər sakini Dilruba Aslanova: “Mənim fikrimə görə bu bir xarakterdir. Yəni həmin insanlar bu cür doğulurlar. Belə insanlara da bu xarakteri tərgitmək olmaz. Həmin insanlara dünyanın ən gözəl xanımını versəz belə, o yenə də, ona aid olmayan xanımlara baxmağa davam edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB