Ölkə büdcəsinə köçürülən vəsaitlər cəmiyyətin sosial rifahına sərf olunacaq -MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
“Ölkəmizdə əhalinin sosial müdafiəsinə qayğı dövlətimizin prioritet istiqamətlərindən biridir. Möhtərəm cənab prezident İlham Əliyevin sosial siyasətinin ana xəttinin əsası cəmiyyətin sosial rifahinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, Cənab Prezident hakimiyyətə gəldiyi gündən bu günə kimi davamlı olaraq sosial sahədə islahatlar aparılır. 2022-ci il yanvarın 1-dən artıq sosial islahatlar paketinə başlanılıb: “Bu islahatlar paketinin nəticəsində 2,1 milyon əhalini əhatə etmək üçün dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılmışdır. Cənab Prezident hər zaman qeyd etdiyi kimi ölkəmizin dövlət büdcəsinə daxil olan əlavə vəsaitlərin hər biri cəmiyyətin sosial rifahinin yaxşılaşdırılması üçün sərf olunur. İlham Əliyev doktorantlar və tələbələrin təqaüdlərini artırması, əliliyi və ailə başçısının itirməsinə görə müavinətlərin artması, eyni zamanda yaşa görə müavinətin verilməsində müəyyən artımın olması və s. bunların hamısı sosial əhəmiyyət daşıyır. Təbii ki, bu proseslərin düzgün və vaxtında yerinə yetirilməsi Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin üzərinə düşür. Həmin nazirlikdə fəaliyyət göstərən müxtəlif qurumlar- dövlət sosial müdafiə fondu, dövlət məşğuluq, tibbi ekspertiza və DOST mərkəzləri fəaliyyət göstərir. Bu sturukturların hər biri cəmiyyətə sosial yardımın göstərilməsi ilə bağlı vahid bir güc ətrafında toplaşıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB