Dövlət və cəmiyyət münasibətləri prioritet məsələlərdəndir - ŞƏRH EDİLDİ

Dövlət və cəmiyyət münasibətləri prioritet məsələlərdəndir - ŞƏRH EDİLDİ

"Dövlət və cəmiyyət arasındakı münasibətlər həmişə dövlət siyasətində prioritet məsələlərdən biri olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunun müxtəlif istiqamətləri var: "Konkret olaraq dövlət cəmiyyətin sabit qalmasına və insanların sosial problemlərinin həllinə, eyni zamanda hüquqi cəhətdən müdafiəsinə böyük bir şərait yaradan bir siyasət yürütməlidir. Bu istiqamətdə də dövlətin gördüyü işlər əslində ölkədə sabitliyin qorunmasına əsas təsiredici alimlərdən biridir. Buna daha yüksək səviyyədə əməl edildikdə ölkədə sabitliyin qurulması mümkün olur. Dövlət siyasətində cəmiyyət həyatının daha sağlam məcrada inkişaf etməsi prioret məsələlərdən biridir. Vətəndaşların sosial münavinətlərinin və penisiyalarının təmin olunması istiqamətində dövlət tərəfindən bir sıra addımlar atılır. Bildiyimiz kimi dövlət büdcəsinin 41%-i sosial xərclərə ayrılır. Hesab edirəm ki, dövlət tərəfindən bu istiqamətdə böyük işlər görülür".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə