Səhvsiz insan yoxdur və Allah bağışlayandır - PSİXOLOQ AÇIQLADI

Səhvsiz insan yoxdur və Allah bağışlayandır - PSİXOLOQ AÇIQLADI

“Ümumiyyətlə insanlar səhvlərindən həm öyrənirlər, bəzən isə etdiyi səhvlərdən dərs çıxarmırlar, eyni səhvləri təkrar edib fərqli nəticələr gözləyirlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitunun psixoloqu Lalə Əhmədova deyib.

“Uşaqlıqdan bizim psixikamızda “olmazlar” deyə bir şey var. “Bunu etmə, olmaz! Sənə pis baxarlar, sənin haqqında pis düşünərlər”. Nəticə etibarı ilə bizdə səhvdən özümüzü qoruma mexanizmi içgüdülü olaraq səhv etməyək, səhvə yol açmayaq, səhv etsək cəzalanarıq düşüncəsi insanı qorxudur. Bir məsələ də var ki, həqiqətən həyat bizə onu öyrədir ki, səhvlərimizdən nəticə çıxarana qədər doğrunu tapana qədər mübarizə aparmalıyıq. Lakin səhvlərimizə görə və yaxud bizə qarşı atılan səhv addımlara görə, özünü bağışlamamaq, sonrakı etapda depressiya, panik fonunda gəlib hansısa narahatçılıq şəkildə özünü göstərir. O baxımdan çalışmaq lazımdır ki, hansısa səhv addımı atanda buna görə özümüzə çox böyük cəzalar verməyək. Sözsüz ki, səhvsiz insan yoxdur, Allah bağışlayandır. İnsan da bağışlayan olanda səhvləri artıq normal qəbul edir və insanlıq halı kimi görür”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə