Qazlı içkilərin orqanizmə ziyanı nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

Qazlı içkilərin orqanizmə ziyanı nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Qazlı içkilərin tərkibində natrium benzoat maddəsi var ki, bu maddə bir növ kimyəvi duzdur". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib.

Onun sözlərinə görə, məhsulun ömrünü uzatmaq məqsədilə bu maddənin müəyyən bir miqdarından istifadə edirlər: "Bildiyiniz kimi suyun mikrobioloji tərkibi belədir ki, orada bakteriyalar var və çoxalmağa davam edir. Yəni bakteriyaların çoxalmağının qarşısını almaq üçün natrium benzoat maddəsindən istifadə edilir. Bu da təbii ki, asma xəstələrinə, bronxit xəstələrinə, allergik xəstələrə reaksiya verə bilər. Təbii ki, gündəlik norma həddini aşdığı zaman baş verir və bunlar sadə qazlı sulara aiddir. Rəngli qazların tərkibində aspartam, fosfor turşusu, fosfor asit kimi maddələr var. Fosfor turşusu uşaqlarda böyümənin, inkişafın qarşısını alır. Sümük inkişafının qarşısını alır. Yaşlı nəsildə isə sümük əriməsinə səbəb olur. Ona görə də yaşlılara və uşaqlara qazlı içkilərdən istifadə tövsiyyə olunmur. Nəzərə alsaq ki, bu içkilər boş karbohidratdır, yəni şəkərin miqdarı olduqca çoxdur. Ona görə şəkərin miqdarını balansda saxlamaq üçün fosfor turşusundan istifadə olunur. Bu da təbii ki, obeziteyə, yəni artıq çəki xəstəliyinə, qaraciyər, ürək və qan-damar sistemi xəstəliklərinə, yəni bir çox xəstəliklərə səbəb olur. Eyni zamanda da şəkər xəstələrinə də zərəri çoxdur. Yəni rəngli qazlı içkilərin əvəzinə alternativ olaraq təzə sıxılmış meyvə şirələri istifadə etmək məsləhətlidir. Ən yaxşı metod kompotlardır. Çünki kompotlorda liflər olur. Meyvənin şirəsini çəkərkən liflərdən ayrılır. Bu da bəzən qida dözümsüzlüyü yarada bilər, amma kompotlarda belə deyil. Kompotlarda həm vitaminli su əldə etmiş oluruq, həm də onun meyvəsini liflərlə zəngindir. Liflərin bağırsaq sisteminə böyük bir dəstəyi var. Bağırsaqlara dəstək göstərdiyi üçün serotonin hormon ifraz olunur ki, bu da insanın gümrah, şən hiss etməyinə səbəb olur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə