“İnsanda davranışı müəyyənləşdirən 4 amil var. Bunlardan birincisi insanın öz şəxsi xüsusiyyətləridir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
.jpg)
“Həmin xüsusiyyətlər insanın genində, ruhunda, qanında olan xüsusiyyətdir. İkinci amil ətraf mühitdir, üçüncüsü həmin insanların aldığı informasiyalardır, dördüncüsü də üstünlük verdiyi dəyərlərdir. Bunlar hamısı yekunda insanın davranışına təsir edir. Həmin insanları daha təcrübəli adamlar kənardan baxan kimi tanıya bilir. Şorgöz insanların gözləri, baxışları bir qədər fərqli olur. Bu xarakter bəzi insanların fitrətindən gələn psixoloji bir xüsusiyyətdir. İnsanın davranışında mühüm rol oynayan amillərin 30%-i həmin insanın genindən gəlir, 30%-i insanın ana bətnində olanda, 30%-i isə 6 yaşına qədər formalaşır. Yerdə qalan 10%-də isə insan ömrü boyu müəyyən dəyişikliklər olur. Həmin insanların gözündə işıq, sanki bir qədər parıltılı olur, baxışlarını qaçırırlar. Bir dəfə insan alveri ilə məşğul olan bir qadından soruşmuşdular ki, siz bu qızları hardan tapırsız? Deyirdi ki, küçəyə çıxanda, avtobusda olanda həmin qızların üzünə baxıram və bilirəm ki, onların hansı mənimdir. Həmin qıza yaxınlaşıb söhbət edirəm və bilirəm ki, o mənim tərəfimdədi. Həmin qadının dediyində həqiqət var. Sonra ola bilsin ki, insanın baxışından bilə bilmərsiz, onun danışığından, hərəkətindən, üstünlük verdiyi dəyərlərdən bilmək olar ki, o necə insandır. Ətraf mühit elə olmalıdır ki, insanlarda mənfi xüsusiyyəti bloklaya bilsin, baxın o mühit daha yaxşı mühit sayılır. Ona görə də fikir vermək lazımdır ki, hansı mühitdəyik. Sadəcə olaraq, buna həyat təcrübəsi lazımdı ki, insanlar diqqətli davransın. Bir az da yaxşı olardı ki, təcrübəli insanlar təcrübəsiz insanları maarifləndirsin. Əlbəttə, belə insanlar cəmiyyətdə gərginlik yaradan insanlardı, onlar daima başqalarının taleyini məhv edən insanlar olur. Təbii ki, belə insanlardan uzaq durmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB