İnsanlarda yaranan ölüm qorxusu NƏDƏN QAYNAQLANIR? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

İnsanlarda yaranan ölüm qorxusu NƏDƏN QAYNAQLANIR? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə insanlarda yaranacaq ölüm qorxusu, hipoxandriya, panika hallarında başlayır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

“Məsələn bunlardan çox geniş yayılmış olan panik atakdır. Panik atakın əsas məqamı nə olur və bu zaman nə baş verir? İnsanda olan bir qorxu, titrəmə, ürəkbulanma, əsmənin içərisində “sanki, bu dəqiqə öləcəm” kimi fikirlər yaranır. İlk olaraq panikin düşdüyü vəziyyət ölüm qorxusu olur. Hansı ki bu vəziyyət ali psixi funksiyanın məhdudlaşmasıdır, yəni beyin strukturuna aid olacaq ali psixi funksiyanın məhdudlaşması problemi, neyropsixoloji, neyroanatomiya, neyrofizonomiya və bu kimi elmlər tərəfindən incələndikcə burada artıq öyrənilmə tarixinə qədər insanlarda psixoloji funksiyanın bölünməz psixi xüsusiyyəti kimi irəli sürülür. Çünki, burada birbaşa hesab olunacaq məqam, hətta buna uyğun "Tall" tərəfindən yaradılmış frenoloji xəritə və "Kleystin" məhdudlaşma xəritəsi var ki, insan beyninin böyük yarımkürə qabığının fəaliyyəti müxtəlif mərkəzlərin özünəməxsus psixoloji funksiyasının yekunu kimi irəli sürülür.

Hər kəs yaşadıqlarını sanki, yekun olaraq gözünün qarşısına gətirir. Hətta intihar etmək istəyən bir şəxs belə həmin an düşünür ki, "bəs mən öləndən sonra övladım necə olacaq". O qorxunu özü-özündə yaratmağa başlayır. Buradan da aşkar olunur ki, artıq beyinin hər hansı bir hissəsinin uğursuzluğu, hansısa bir funksiyanın pozulma dərəcəsi məhdudlaşmış anda olaraq bu qorxunu onda yaratmağa doğru addımlayır. İnsan ilk olaraq qorxunu, xəstəliyi, ümumiyyətlə hər bir şeyi alt şüurda, beyində planlaşdırır. Baxın hər şey o balaca kütlədən ibarət beyinin içində yaranır. Çünki, burada birbaşa beyində təbəqələşmiş hissələrdən ibarət onların hər biri öz məxsusi rolunu yerinə yetirir. Bütün psixi funksiyalar birbaşa beyin strukturu ilə mütənasib olub, yalnız özlərinə uyğun olan struktur çərçivəsində hərəkətə keçir. Belə proseslərin pozulması, ilkin nöqsanların yaranmasına gətirib çıxarır ki, qarşılıqlı əlaqəsi olan psixi funksiyaların paylanması birbaşa hipoxandriya ilə pozulur”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə