“Gülsəm” Əlillərin Reabilitasiya İctimai Birliyi 28-29 dekabr 2021-ci ildə Dəniz Mall AVM-də fiziki məhdudiyyətli yeniyetmə və gənclərin əl işlərinin Yeni İlə həsr olunmuş “Zəhmətimin Bəhrəsi” adlı sərgisini həyata keçirib. Belə ki, hər zaman özəl qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin yanında olan “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi bu dəfə də “Gülsəm” Əlillərin Reabilitasiya İctimai Birliyinə dəstək olaraq layihənin təşkilati məsələlərində öz töhfəsini verib. “Zəhmətimin Bəhrəsi” sərgisinin layihə rəhbəri Gülnarə Səlimova layihənin baş tutması üçün şərait yaradan Dəniz Mall AVM rəhbərliyi və kollektivinə, sərginin təşkilində yaxından iştirak edən “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin” rəhbəri Dilşad Musaya dərin təşəkkürlərini bildirib. Sərgidə Millət Vəkili Vüqar İskəndərov, Ombudusman aparatının əməkdaşı Azadə Novruzova, Bəstəkar Sevinc Tofiqqızı, ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova , İdmançı İbrahim Əliyev, Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva, Sosial – İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, aktrisa Ülviyyə Əliyeva, Jurnalist Mətanət Ağamirli iştirak edib. Fiziki məhdudiyyətli gənclərimizin daima yanında olub onları dəstəklədiklərini, eyni zamanda belə tədbirlərin keçirilməsini müsbət qarşıladıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB