Bayram günlərində şəhid ailələri yad olunub - FOTOLAR

Bayram günlərində şəhid ailələri yad olunub - FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. SİA xəbər verir ki, kollektiv bu ailələri təbrik edib və bildirib ki, şəhid ailələri hər bir azərbaycanlı üçün əziz və doğmadır. Vətən qəhrəmanlarının ailələrini, onların əmanətlərini diqqətdə saxlamaq, bizim əbədi borcumuzdur.

Sonra şəhidlərimiz yad edilib, onların keçdiyi şərəfli yola nəzər salınıb. Həmçinin şəhid ailələrinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin bayram sovqatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə