Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırıldı
Bu gündən Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb.
SİA xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB