Moldova Azərbaycanlıları Konqresi bayram marafonu keçirib

Moldova Azərbaycanlıları Konqresi bayram marafonu keçirib

Moldova Azərbaycanlıları Konqresi (MAK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bayram marafonunu davam etdirib.

SİA xəbər verir ki, ötən il Həmrəylik Günü şərəfinə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə “Hədiyyələr Marafonu” adlı sosial layihə həyata keçirilib, bu layihə çərçivəsində Azərbaycan icmasının uşaqlarına hədiyyələr təqdim edilib. 2021-ci ildə MAK bu ənənəni davam etdirib və dekabrın 31-i ərəfəsində bütün Moldova və Dnestryanı bölgəyə bayram tədarükünü təşkil edib.

“Moldovadakı Azərbaycan icması ən həmrəy olanlardan biridir. Biz özümüzü həqiqətən böyük bir ailə kimi hiss edirik və hər bir ailədə olduğu kimi, çətin anlarda bir-birimizə kömək etmək, bayramlarda bir-birimizi sevindirmək adətimizdir. Məhz bu məqsədlə biz artıq ikinci ildir ki, “Hədiyyə Marafonu” keçirir və icmamızın uşaqlarını təbrik edirik. Axı hər kəs üçün ən böyük sevinc öz övladını xoşbəxt görməkdir”, - deyə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov deyib.

İki həftə ərzində Moldovadan olan Azərbaycanlılar Konqresinin üzvləri yüzlərlə azərbaycanlı ailəni ziyarət edərək, bütün ictimaiyyət adından 300-dən çox gənc həmvətənimizi təbrik edərək onlara dadlı və faydalı hədiyyələr təqdim ediblər. Bundan başqa Moldova Azərbaycanlıları Konqresi tərəfindən Onkologiya İnstitutunun 30 gənc xəstəsinə də hədiyyələr təqdim olunub. 2021-ci ildə “Hədiyyə Marafon”u Moldovanın 15-dən çox şəhərini əhatə edib.

Moldova Azərbaycanlıları Konqresinin Şurası bütün Azərbaycan diasporu adından marafonda yaxından iştirak edən gənclərə - Ramil Adıgözəlov, Ramiz Ansarov, Zamir Qubadov, Məmməd Mehriban Bədəlova, Aygül Plyusnina, İpirotin Nikoleta, Tural Abidov, Səbuhi Cəbrayılov və Tetmur Əmirbəyov, Mehralı Quliyev, Elnarə Kərimovaya xüsusi minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə