Ailə təməlinin qurulmasında ƏSAS FAKTORLAR NƏLƏRDİR? - SOSİOLOQ AÇIQLADI

“Son zamanlar Azərbaycanda ailədaxili münaqişələr, problemlər müəyyən qədər ailələrin dağılması hallarına daha çox rast gəlinir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

“Burada problemin mahiyyəti, ümumiyyətlə cəmiyyətin bu problemə sahib olması, insanların ailə münasibətlərində niyə belə deviant davranışa meyl etməsi və yaxud ailələrin boşanmasına yönlənməsi istiqamətində araşdırmalar aparılarkən müəyyən olunur ki, bütün bu proseslərin mahiyyətini anlamaq üçün hər şeyin əsasında ailənin təməlinin necə qurulması, hansı əsaslarla möhkəmlənməsi məsələsi gündəmə gəlir. Əksər ailələrdə ailə təməli qurularkən, bu adətən ailə haqqında hətta sosioloji tədqiqatlarda, dərsliklərdə, kitablarda belə bir tərif deyilir ki, “ailə iki şəxsin qarşılıqlı razılığı əsasında (burada ayrı-ayrı cinslərdən söhbət gedir) qurulur. Bu da o deməkdir ki, yəni burada sevgi, məhəbbət, insanları bir-birinə bağlayan ülvi hislər əsas amil olur. Lakin biz son dövrlərdə ülvi hislərdən kənara çıxan hallarla rastlaşırıq. Bu özünü daha çox ailələrin qurulmasında maddi meyarlar, karyerada yüksəlmək meyarı, müəyyən qədər nüfuzlu şəxsin övladı olması və s. bu kimi hallara daha çox önəm verilir. Belə olan halda həmin şəxslər həm maddi cəhətdən, həm karyera cəhətdən, həm də vəzifə cəhətdən müəyyən trampil həddini keçə bilmədikdə bunların mobilliyi müəyyən qədər aşağı istiqamətdə hərəkət etdikdə, onda ailələrin dağılması prosesi daha da güclənir. Bəs ailə təməlinin qurulmasını möhkəmləndirmək üçün gənclər arasında ən çox problem yaradan bu məsələlərin aradan qaldırılması üçün nələr etmək lazımdır? Xüsusilə də ailə münasibətinə girən cütlüklərin daha çox özlərinə inam, özünə güvən ruhunda tərbiyələndirmək lazımdır. Onların ailə qurarkən 100 ölçüb bir biçməsi daha çox önəmə çəkilməlidir. Belə olan halda yalnız ülvi hislər əsasında qurulmuş ailələr ailə başçısının, qaynatanın, qohumların hanısa vəzifəsini itirilməsindən və yaxud da vəzifə tramplininin yuxarı qalxmasından asılı olmayaraq ailələr daha möhkəm ola bilər. Yaxşı olardı ki, ailələr arasındakı bu problemlərin ailə təməlinin daha möhkəm olması üçün müsbət təcrübədən daha çox istifadə etsinlər. Xüsusilə də uğurlu ailələrin düsturundan, yaşam tərzindən insanlar arasında maarifləndirici işlər aparılsın. Ailə institutunun möhkəmləndirilməsi istiqamətində nümunəvi ailələrin, həmin ailə modellərinin təcrübəsinin cəmiyyətə müəyyən qədər kütləvi təbliğat vasitəsi ilə aşılanması nəticəsində onların bu təməlinin qurulması üzərində işləri daha da möhkəmləndirmək olar. Bu problemlərin öhdəsindən layiqincə gəlmək olar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə