Dırnaq yeməyin səbəbləri nələrdir? - MARAQLI FAKTLAR - PSİXOLOQ AÇIQLADI

Dırnaq yeməyin səbəbləri nələrdir? - MARAQLI FAKTLAR - PSİXOLOQ AÇIQLADI

"İnsanlar uşaqlıq illərindən dırnaq yeməyə başlayırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu da əsasən insanların uşaqlıq yaşlarından aldığı tranmalardan qaynaqlanır: "Daha çox süddən qəfl kəsilmiş uşaqlarda sonradan dırnaq yemək vərdişi yaranır. Ümumiyyətlə dırnaq yemək bir neçə səbəbdən olur. Bu, bəzən genetiklə əlaqəli ola bilir, bəzən də gərginlikdən yaranır. Amma bəzi uşaqlarda sırf baxçaya gedən zaman olur. Baxçaya gedən uşaqlarda dırnaq yemək vərdişi valideynindən ötrü darıxmaq hissi ilə əlaqəlidir. Bundan əlavə dırnaq yemək vərdişi bəzi uşaqlarda da əqli inkişaf geriliyi olur. Bu zaman onlar dırnaq yeməyə başlayır. Bu kateqoriyaya aid olan uşaqlar bilmədən yeyirlər. Yəni bir sözlə dırnaq yemək refleksə çevrilir. Bu əsasən 3 yaşa qədər olan dövrü əhatə edir. Yəni 3 yaşa qədər olan uşaqlar əgər, dırnaq yeyirlərsə, artıq 3 yaşdan sonrakı yaşlarda bu artıq bir vərdiş halını alır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə