"Rusiya öz nəzarət zonasını formalaşdırmağa çalışır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirirb.
Onun sözlərinə görə, son dövrlərdə Qərblə araşında münaqişə yaranan Rusiya üçün bu önəmli görüş idi: "Çünki Rusiya tərəfi Qərbə, NATO-ya, ABŞ-a, mesaj vermişdi ki, MDB məkanında genişlənməsin, NATO Ukranya və Gürcüstan ərazisindən çıxmalıdır, həmçinin Rusiya öz nəzarət zonasını formalaşdırmağa çalışır. Ona görə də bu toplantı Rusiya üçün xüsusi əhəmiyyət kəsb edirdi. Düşünürəm ki, burada əsas məsələlərin həlli, xüsusilə siyasi-iqtisadi məsələlər müzakirə olundu. Həmçinin Rusiya Gömrük İttifaqının dirçəldirilməsi, MDB dövlətləri ilə siyasi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb. Azərbaycanı da Avrasiya İttifaqına və Gömrük İttifaqına dəvət edir. Ümumiyyətlə Rusiya yeni bir geosiyasi nizamda MDB ölkələrinin sıx siyasi-iqtisadi inteqrasiyasına nail olmaq istəyir. bu görüş Azərbaycan üçün də müəyyən əhəmiyyətə malikdir. Rusiya və digər MDB ölkələri ilə ikitərəfli əlaqələri inkişaf etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB