Uşaqlara və yeniyetmələrə sosial şəbəkələr NECƏ AŞILANMALIDIR? - MÜNASİBƏT BİLDİRİLDİ
"Bir neçə ildir ki, uşaqlar və yeniyetmələr arasında texnoloji vasitələrə aslılıq getdikcə çoxalır. Bunun əsas səbəbi onların internetdən asanlıqla istifadə edə bilməsidir. Sosial medianın məlumatlandırmaq, maarifləndirmək kimi üstün cəhətləri olsa da, bir çox təhlükəli məqamları da var". Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq Nuriyə Quliyeva bildirib.

Onun sözlərinə görə, digər yaş qruplarına nəzərən uşaqlar və yeniyetmələr hər hansı bir hadisənin tezliklə təsirinə düşə bilirlər, bu da onların psixologiyalarına mənfi təsir göstərir: "Məsələn hər hansı bir intihar hadisəsi baş verərkən sosial şəbəkələrdə onun səbələri və necə baş verməsi haqda məlumat verilir. Bu cür informasiyaların uşaqlar və yeniyetmələr tərəfindən oxunulması heç də yaxşı bir məqam deyil. Çünki onlar hər hansı bir çətin məqamla üzləşdik də çıxış yolu kimi buna əl ata bilərlər. Son illər də sosial platformalarda əsasəndə "instaqram"da açıq-aşkar narkotik satışı ilə məşgul olan səhifələr var ki, yeniyetmələrdən istifadə edərək onları pis əməllərə sürükləyirlər. Düşünürəm ki, yeniyetmələr və uşaqlar internetdən və sosial platformalardan yalnız maariflənmək üçün isdifadə etməlidir. İstifadə olunduğu təqdirdə valideyin nəzarət etməlidir. Nəzarət dedikdə uşaqları sıxmaq və yaxud da hədə-qorxu gəlməklə deyil, lazımı şəkildə və düzgün formada izah olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB