Bayram günlərində sıxlığın qarşısı NECƏ ALINACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

Bayram günlərində sıxlığın qarşısı NECƏ ALINACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq may ayının 31-dən etibarən ölkədə şəhərlərarası və rayonlararası sərnişin daşıma fəaliyyəti tam bərpa olunsa da sərnişinlərə məhdud sayda avtobuslarla xidmət göstərilirdi". Bunu SİA-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın 56 avtovağzal və avtostansiya kompleksləri Yeni İl bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib: “Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı üçün avtobusların sayının artırılması qərara alınıb. Normal rejimdə Bakı Beynəlxalq Avtovağzal kompleksindən gün ərzində 72 istiqamət üzrə 180 avtobus çıxırdısa, artıq bu rəqəm 350-400 təşkil edəcək. Bayram günü ilə bağlı gün ərzində 10 000-ə yaxın sərnişin daşınacağı gözlənilir. Bayram dövrü ilə əlaqədar olaraq Gəncə, Ləkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının çox olacağı üçün bu istiqamətlərdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdə avtobusların sayı sərnişin axınına uyğunlaşdırılacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə