Bu souslardan istifadə etmək qastritə səbəb olur - DİQQƏT - MÜTƏXƏSSİS AÇIQLADI

Bu souslardan istifadə etmək qastritə səbəb olur - DİQQƏT - MÜTƏXƏSSİS AÇIQLADI

"Mağazada satılan ketçup, mayonez kimi sousların orqanizmə heç bir faydası yoxdur. Çünki həmin sousların rəf ömrünün uzun müddətli olması üçün tərkibində bir çox fərqli kimyəvi qatqı maddələri var". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu kimyəvi qatqı maddələri az miqdarda qəbul olunarsa, orqanizmə də zərərləri müəyyən bir vaxtdan sonra ortaya çıxır: "Təəssüflər olsun ki, bir çox “fast food” qidalar var ki, onlardan ən çox istehlak ediləni, məhz uşaqlara verilən kartof qızartmasıdır. İnsanlar, xüsusilə də uşaqlar kartof qızartmasını bol şəkildə ketçupla birlikdə istehlak edirlər. Bu da birbaşa mədə turşuluğunun balansının pozulmasına gətirib çıxarır və bunun nəticəsində erkən yaşlarda artıq mədədə qastritin yaranır. Bəzi hallarda da mədədə dəliklərin, yırtıqların yaranmasına səbəb olur. Mütləq şəkildə erkən yaşlarda, xüsusilə də, uşaqlara bu qidalar verilməməlidir. Bundan əlavə bildiyimiz kimi, restoranlarda da bir sıra souslar hazırlanır. Həmin sousların tərkibinə çox hallarda şəkər əlavə edirlər. Çünki şəkər ümumi olaraq hər kəsin sevdiyi, bəyəndiyi və ümumi sevilən bir dad olduğu üçün souslara əlavə edirlər. Şəkəri sousa əlavə etdikdə şəkər və ürək-damar xəstələri üçün bu çox zərərlidir. Yaxşı olar ki, ketçup, mayonez və s. kimi sousları mənşəyi bilinməyən yerlərdə istehlak etməyək. Evdə ənənəvi şəkildə milli mətbəximizə aid olan zoğal, nar, alça əzməsi kimi turşular hazırlanır. Evdə hazırlanan turşulardan və əlavə dadlandırıcı kimi ədviyyatlardan istifadə etmək insan orqanizminin sağlamlığı üçün daha faydalıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə