İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik oldu

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik oldu

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklə, aşağıdakı şəxslərin 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilməsi təklif edilib:

1. Zeynalov Vüqar Eldar oğlu

2. Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:

1. Əliyev Azər Ruslan oğlu

2. Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:

1. Yusifova Sevil Şərif qızı

2. Mansurova Zirəngiz Dəmirçi qızı.

Müzakirələrdən sonra Yayım Şurasının tərkibi səsə qoyularaq təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə