“Mütləq şəkildə valideynlər diqqətli olub övladlarının bütün suallarına cavab verməlidirlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

“Onların veriləcək cavabının içində uşağını kənardan müşahidə edərək “övladım bunu necə beynində analiz edir” və daha sonra hansı sualı ortaya çıxarmaqla nail ola bilərik. Burada birbaşa hafizənin inkişafı, yadda saxlama davamlılığı, plan tərtib etməyin böyük əhəmiyyəti var. Hansı ki, müxtəlif tədqiqatlar da onu göstərir ki, planla tərtibetmə plansız tərtib etməyə nisbətən daha yaxşı nəticə verir. Çünki plansız öyrənilən materialın 9 gündən sonra təxmini götürdükdə 43.2 faizi yaddan çıxır. Planla öyrənilən material isə hafizəni sistemləşdirir. Deməli, biz meyilli, mənəvi, cinsəl tərbiyənin özündə belə övladımıza müəyyən bir planlar tərtib edərək təlim materialının mənimsənilməsində bir neçə analizatorun iştirakı yadda saxlamasını, məşhurlaşdığını yüksəldə bilirik. Çünki uşaq hafizəsində hər hansısa bir şeyin möhkəm iz buraxmasını istəyən pedaqoqlar, valideynlər olsun, yadda saxlama aktında mümkün qədər çox hiss üzvlərinin və hətta mümkünsə də dadbilmə üzvlərinin iştirak qayğısına belə qalırlar. Konkret beyin strukturuna aid olan ali psixi funksiyanın məhdudlaşma problemi var ki, neyropsixoloji, neyroanatomiya və s. elmlər tərəfindən incələndikcə, artıq burada övladlarımıza sualların verilməsi və həmin suallardan doğan suallar birbaşa onların milli-mənəvi qorumanın şərtlərini rahatlıqla ötürə bilir. Çünki bir insana mütəmadi dedikcə ki, “bunu etmək olmaz, bunu etmək əxlaqsızlıqdı” kimi hər bir şeydə mental əxlaq dəyərləri axtarsaq, burada psixi pozuntu yaranır. Demək ki, biz övladımızda psixi pozuntunu özümüz yaratmış oluruq. Buna görə də, çox gözəl olardı ki, ancaq və ancaq övladlarınızın veriyi sualları cavablandırdıqca, onlardan gələn analizator sualların cavablarını daha dəqiq verəsiniz. Çünki bir insan tədqiqatçıdır, alimdir, araşdırmaçıdır. Baxır biz övladımızda bunu necə inkişaf etdiririk. Düşünməyək ki, adi bir ev təmizləyici xanımın qızı, oğlu gələcəkdə təmizləyici olmalıdır. O xanım həmin evdə elə bir məqamları öyrənir ki, onun övladı sual verdikdə elə gözəl cavab verir ki, sabah həmin evdə böyüyən uşaqdan çox xadiməçi qadının uşağı daha yaxşı, ağıllı addımlar atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB