Bakıda parklanma sistemi həll olunmayıb - DEPUTAT REAKSİYA VERDİ

Bakıda parklanma sistemi həll olunmayıb - DEPUTAT REAKSİYA VERDİ

"Hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar. Bunun səbəbi doğru idarəetməmənin olmamasından qaynaqlanır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aidiyyatı qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə məlumat verməlidir: “Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxıb. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”, - deyə deputat bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə