Şəhid ailələrinə bayram sovqatları paylanılıb və maddi yardım göstərilib - FOTOLAR
Şəhid və qazı ailələrinə dəstək göstərilməsində həmişə Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün dövlət və ictimai qurumlar ehtiyacı olan qazilərə, şəhid ailələrinə lazımi köməklik göstərirlər. Azərbaycan həmkarlar ittifaqları da bu nəcib missiyada daim yaxından iştirak edir. SİA-nın verdiyi məlumata görə, dekabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlərimizin - Sədi Süleyman oğlu Musayev, Elbrus Səmrəddin oğlu Əhmədov, Fuad Murad oğlu İsmayılov, Arif Firuz oğlu Abbasov, Tural Ələmdar oğlu Əsgərli və Röya Fərmayiloğlu Ələkbərovun ailəsinə baş çəkib, bayramlarını təbrik ediblər. Onlara bayram sovqatları paylanılıb və maddi yardım göstərilib.
Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və buna görə hər kəsə təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB