"Media haqqında" qanun jurnalistlərin müdafisəni təmin edəcək - MÖVQE

"Media haqqında" qanun jurnalistlərin müdafisəni təmin edəcək - MÖVQE

"Bakı Xəbər" media qurumu olaraq, 2021-ci ildə fəaliyyətimizi əsasən 2 istiqamətdə yönəltdik. Bu sözləri SİA-ya açıqlamasında Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev bildirub.

Onun sözlərinə görə, bunlardan birincisi öz media qurumumuzun fəaliyyətini inkişaf etdirmək, gücləndirmək üçün yeni mənbələr və istiqamətlər axtarışında idik: İkincisi Vətən müharibəsində ümumillikdə media qurumlarının fəaliyyəti ilə bağlı araşdırmalar apardıq. Vətən müharibəsi dövründə Azərbaycan jurnalistlərinin rolu imkanları daxilində təqdirəlayiq olsa da, onlara lazimi qayğı göstərilmir. Bu da bizi ən narahat edən məsələlərdən biridir. Hətta bununla yanaşı media ekspertlərimiz var ki, onlarda müharibə dönəmində medianın fəaliyyətinə çox tənqidi cəhətdən yanaşırlar. Lakin nəzərə almaq lazımdır ki, Vətən müharibəsində Azərbaycan mediası bütün imkanlarından maksimal dərəcədə istifadə etdi. Müharibə zamanı könüllü olaraq səngərə gedən, şəhid olan jurnalistlərimiz oldu. O cümlədən də, "Bakı Xəbər"in əməkdaşı Nahid Salayev 4 aya qədr könüllü şəkildə cəbhəyə getdi. Bu nöqteyi nəzərdən mediamızın və jurnalistlərimizin vətən müharibəsindəki roluna daha obyektiv qiymətin verilməsi istiqamətində araşdırmaların aparılması bizim media qurumumuzun əsas fəaliyyət istiqamətlərindən biri idi. Yəqin ki, əlaqədar təşkilatlar bunu nəzərə alacaqlar ki, əvvəlcə də qeyd etdiyim kimi jurnalistlərin fəaliyyətinə daha obyektiv qiymət verilsin. "Bakı Xəbər" qəzeti bu il daha bir yeniliyə imza ataraq canlı yayımını təqdim etdi. Media qurumu olaraq gündə 4 saat Youtube, Facebook üzərindən canlı yayımlar edərək, Azərbaycanın daxili, xarici siyasəti, dövlətçiliyimiz və s. kimi məsələrə toxunulur. Müəyyən istiqamətlərdə uğurlarımız olsa da, təəssüf ki, problemlərdə var. Xüsusilə də, 2021-ci il ərzində Azərbaycan mediasının iqtisadi təminat mənbələrinin hələ də, yetərli səviyyədə olmaması ciddi narahatlıq doğurur. Ölkədəki inflasiya, qiymətlərin artımını nəzərə alsaq açıq danışmaq lazımdır ki, jurnalistlərin sosial, iqtisadi, hüquqi müdafiəsini təşkili üçün inkişaf gücünün potensialını yaratmaq olduqca çətindir. Amma əminəm ki, 2022-ci ildə medianın inkişafı sahəsində bir çox önəmli qərarlar alınacaq. Bu il "Media haqqında" qanunun qəbul olunması çox önəmli hadisələrdən biri idi. Media İnkişaf Agnetliyi tərəfindən hazırlanmış bu qərarda jurnalistlərin sosial, iqtisadi və hüquqi müdafiəsini, eyni zamanda media qurumlarının müstəqil fəaliyyətinin yaradılmasında mühüm perespektiv vədlər verir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə