Ən sağlam qidalar hansı yağda bişirilməlidir? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

Ən sağlam qidalar hansı yağda bişirilməlidir? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Heyvan mənşəli məhsulların heyvan mənşəli yağlarda bişirilməsi daha məqsədəuyğundur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

“Bitki mənşəli məhsullar isə məsələn qarğıdalı, günəbaxan, zeytun yağında bişirilə bilər. Çox vaxt görürük ki, ət məhsullarının bişirilməsində zeytun yağından istifadə edirlər. Əslində ət məhsullarının bişirilməsində ən yaxşı yağ kərə yağıdır. Düzdür zeytun yağı yüksək dərəcəyə dözən bir yağdır, yəni trans yağa çevrilmir. Lakin yenə də zeytun yağının salatlarda çiy halda qəbul edilməsi daha faydalıdır. Kərə yağı, nehrə yağı və zeytun yağı insan sağlamlığına olduqca faydalıdır. Zeytun yağı "Omeqa 3" ilə zəngindir. Quyruq və kərə yağında əvəzolunmaz yağ turşuları olduğuna görə insan sağlamlığına çox faydalıdır. Zərərli yağlara gəlincə isə onlar hidrogenlə doldurulmuş trans yağlardır. Bunlar marqarinlər və faiz dərəcəsi aşağı olan yağlardır ki, bunlar insan orqanizmindən sovrulmur”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə