Yas mərasimlərinin keçirilməsi niyə qadağandır? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

Yas mərasimlərinin keçirilməsi niyə qadağandır? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

“Obyektiv olan vəziyyəti izah edə bilərəm ki, yas yerlərinə nəzarət etmək çətindir. İnsanlar da burada sanki özlərini fərqli aparırlar”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

“Görürük ki, indi də qış aylarında pəncərə və qapı örtülü olduğu bir yerdə insanlar yığışır və “Allah Kərimdir” deyə-deyə heç bir məsafə olmadan nəfəs-nəfəsə mərasim keçirirlər. Lakin, mən Qurani-Kərimi dəfələrlə oxumuşam və orada yazılmayıb ki, siz hər ürəyinizdən keçəni edin və narahat olmayın mən sizi qoruyacam, xeyr, belə bir şey yoxdur. Digər tərəfdən din xadimləri, dini idarələr hüzürü olan insanlar arasında bir sıra işlər aparmalı idilər, ancaq aparmadılar. Çünki, onların belə bir tədbirlər aparmağa maraqları və səriştələri yoxdur. Bunun səbəblərindən biri də odur ki, din xadimləri də bu sahədə lazımi işlər görmür. O məclisdə ki, mollalar, din xadimləri var və məclisə nəzarət edirlər, həmin məclisi yola vermək olar. Ona görə də yas yerlərində təhlükə həqiqətən də çoxdur və statistika da göstərir ki hər yas yerindən sonra toplanan insanlar arasında koronavirus xəstəliyi daha çox artır. Bu hallar dəfələrlə müşahidə olunur. Səbəb isə məclisləri idarə etmək mümkün olmadığından bu qadağalar qüvvədə qalır. Düşünürəm ki, indiki vəziyyətdə belə də olmalıdır, çünki, əlavə işlər görmək, həmin bölgədə icra nümayəndəsinin məsuliyyətini artırmaq və s. kimi tədbirlər görərək yas yerlərinə də sərbəstlik vermək olar. Onun üçün də əlavə işlər görülməlidir, təəssüf ki, bu işlər görülmür”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə