Biz bu məsələdə mətbuatdan da dəstək gözləyirik - UMAYRA TAĞIYEVA

Biz bu məsələdə mətbuatdan da dəstək gözləyirik - UMAYRA TAĞIYEVA

“Xəzər dənizinin ekoloji vəziyyəti hamını narahat edir. Səviyyənin aşağı enməsi fonunda Xəzər dənizinə olan təsirlər nəticəsində xoşagəlməz faktlarla qarşılaşırıq”. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq monitorinqlər keçirilir, məsələlər qaldırılır, cəza tədbirləri həyata keçirilir: “Biz bu məsələdə mətbuatdan da dəstək gözləyirik. Əgər dənizi çirkləndiririksə başa düşməliyik ki, bu bizim gələcək nəslimizə də təsir edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə