“Xəzər dənizinin vəziyyəti tək bizi deyil bütün sahilyanı ölkələri narahat edən problemlərdən biridir. Buna görə də bu ilin oktyabrında forum keçirilib”. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Milli Elmlər Akademiyası müəllimləri və digər təşkilatlarla müzakirə təşkil edildi: “2005-ci ildən sonra Xəzərin səviyyəsi ağşağı enib. Səviyyə orta hesabla 119 sm enib. Daha çox aşağı enmə isə bu il qeydə alınıb. Xəzəryanı ölkələrin mütəxəssisləri və bizim fikirlərimiz bu barədə eynidir. Gələn ilin mart ayında bizim təşəbbüsümüzlə növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Burada bir sıra mütəxəssislər iştirak edəcək və məsələlər müzakirə olunacaq. Bu bizim üçün çox əhəmiyyətli məsələdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB