Yeni il hədiyyələri ilə bağlı cəmiyyətin baxışı -SORĞU

Yeni il hədiyyələri ilə bağlı cəmiyyətin baxışı -SORĞU

Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Ölkəmizdə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il günü kimi qeyd olunur. Demək olar ki, Yeni ilə sayılı günlər qalıb. Hər kəs böyükdən-kiçiyə bu bayramın gəlişini böyük sevinc və səbirsizliklə gözləyir. Bütün dünyada olduğu kimi Azərbaycanda da, bu bayramın özünə məxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən ən gözəli insanların bir-birinə sevinc bəxş etməsidir ki, bu da məhz onların bir-birinə müxtəlif hədiyyələr verməsidir. Bəs gəlin görək şəhər sakinlərinə yeni il hədiyyələri neçəyə başa gəlir. Bu mövzü ilə bağlı SİA olaraq, şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Həsən Ağayev: " Mən hər zaman hər bir bayramdan yaxınlarıma həddiyə verirəm. Necə deyərlər həm hədiyyə almağı, həmdə verməyi çox sevirəm. Hədiyyələrin də, qiyməti məni çox qane edir".

Şəhər sakini Rabilə Məmmədova: " Dükanlardakı satılan hədiyyələrə güvənmirəm. Hər il bayram olanda özüm dükanlardan şirniyyat alıram və qutunun içini doldururam. Belə olduğu halda da, uşaqların qəbul etdiyi qidalar daha yaxşı olur".

Şəhər sakini Ruslan Əliyev: "Düşünürəm ki, qiymətlər hədiyyə qutusunun içindəki məhsula uyğun olmalıdır. Elə hədiyyələr var ki, mənəvi anlamı böyük olsa da, qiyməti çox münasibdir. Əsasən mən də kiməsə hədiyyə alarkən madiyyata deyil də, mənəviyyta önəm verirəm".

Şəhər sakini Nailə Quliyeva: " Hədiyyə alarkən çox vaxt keyfiyyətinə önəm verirəm. Düşünürəm ki, qiyməti baha olsa da, yaxşı bir əşyadır".

Şəhər sakini Ömər Əşrəfov: " Özüm hədiyyə almasam da, yanımdakı insanlar alarkən görmüşəm. Hədiyyələrin qiyməti aşağı olsa çox yaxşı olar. Çünki baha olduğu halda insanlar ürəyi istədiyi hədiyyəni ala bilmir".

Şəhər sakini Fidan Fəxrəddinova: "Marketlərdə satılan heç bir qutuluq hədiyyələri bəyənmirəm. Yaxın dostlarıma hədiyyə alanda onun keyfiyyətibnə çox önəm verirəm".

Şəhər sakini Zakir Şıxlı: " Mən övladım üçün çox vaxt Yeni il hədiyyəsi olaraq böyük supermarketlərdə satılan və içində müxtəlif məhsullar olan qutular var. Keçmiş zamanlarda belə qutularda çox keyfiyyətsiz məhsullar olsa da, son dönəmlərdə yaxşı mənada belə hədiyyə qutularında xeyli irəliləyiş var".

Şəhər sakini Fidan Əliyeva: " Mən qardaşıma və bacıma hədiyyə alıram. "Əsasən marketlərdəki hədiyyə qutularını çox bəyənirəm. Düşünürəm ki, çox sərfəli və keyfiyyətlidir. Yəni həmin qutular çox rəngərəng olduğu üçün ən çox da uşaqların diqqətini çəkir".

Şəhər sakini Səfərov Aydın: "Nəvələrimə hədiyyə alanda onların ən çox istədiyi şeylərə üstünlük verirəm. Qiymətlər və keyfiyyətdə məni qane edir. Mənə verdiyiniz bu fürsətdən isdifadə edərək, bütün Azərbaycanlıların yeni ilini təbrik edirəm".

Şəhər sakini Natavan Həsənova: "Uşaqlarıma hədiyyə alarkən əsasən onların sevdiyi qidalara üstünlük verirəm. Çox vaxt onlara nəsə alanda ən diqqət etdiyimiz mövzü odur ki, onlara zərər dəyməsin, daha çox təbii qidalardan ibarət hədiyyə qutuları olsun".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə