Dünya səviyyəli fəxri ad - FOTOLAR

Dünya səviyyəli fəxri ad - FOTOLAR

Eşidəndə ki, “Milan” Hospitalın yaradıcısı, məşhur iş adamı, "Xurşud Banu Natəvan adına mükafat"ın laureatı, şair təbiətli, maraqlı şeirlərin, bayatıların, nəsr əsərlərinin müəllifi Xuraman xanım İsmayıl qızı Muradova dünyanın ən aparıcı təhsil ocaqlarından biri - Oksford Akademiyasının professoru seçilib, çox sevindim. Elə bu vaxt yadıma dahi Jan Jak Russonun bu kəlamı düşdü: “İstedad yüksəlmək üçündür, alçalmaq üçün deyil”. Bəli, Xuraman xanım başda olmaqla “Milan” Hospitalı günü-gündən yüksəlir.

Altı aydan çox bir müddəttdə tanıdığım və gördükləri müqəddəs işlə insanların qəlbində özlərinə əzəmətli heykəl ucaltmış Xuraman xanım və onun kollektivi haqqında bir neçə məqalə yazmışam. Hamısı da maraqla qarşılanıb. Onların peşəkar həkimləri və “Milan” Hospitalın yaradıcısı Xuraman xanım haqqında xəstələrin necə mehribanlıqla danışdıqlarının və az bir vaxtda sağaldıqlarının şəxsən şahidi olmuşam. Ona görə də fikirləşdim ki, Xuraman xanım Muradovaya bu dünya səviyyəli ad halaldır. Və bu ad, on beş ildən çox bir müddətdə xalqımızın müqəddəs sağlamlığı keşiyində layiqincə dayandıqlarının, Vətən müharibəsində yaralanan qazilərimizə, şəhid aillərəlinə təmənnasız xidmətin mükafatıdır. Deməli, bu onun halalca əməyinin xidmətidir. Çünki Xuraman xanım “Milan” Hospitalı artıq dünya səviyyəsində tanıdıb.

Hörmətli xanımın dünya səviyyəli belə fəxri ada layiq görülməsi ilə əlaqədar “Milan” Hospitalına getdim. Xuraman xanımı və bütün kollektivi təbrik etdim. Gördüm ki, hamı böyük bayram içindədir. Ona belə bir sualla müraciət etdim:

- Xuraman xanım, Oksford Akademiyasının professoru fəxri adı Azərbaycanda cəmi bir neçə insana verilib. Necə oldu ki, siz dünya səviyyəli belə bir fəxri ada layiq görüldünüz?

- Pandemiyadan əvvəl, daha doğrusu 2019-cu ilin sentyabr ayında “Milan” Hospitalından mən, Səriyyə həkim Hüseynov və professor Sevinc Kərimova Avropa Tibbi Assosiasiyasının prezidenti Vinçenzo Kastiqliolanın dəvəti ilə Çexiyaya getdik. Vinçenzo Kastiqliola dünyada çox tanınmış insandır. O, Avropanın Parlamentinin ailə həkimi, viti nemətlərin Avropada prezidenti və başqa on təşkilatın prezidentidir. Həmin Assosiasiyanın mərkəzi Brüssel şəhərində yerləşir.

Beləliklə, biz Çexiyanın Praqa şəhərində beynəlxalq səviyyəli tədbirdə olduq. Daha doğrusu bizi ora dünya tibb sahəsi ilə bağlı dəvət etmişdilər. Orada əvvəllər dünyanın 56 ölkəsi iştirak eldirdi. Biz də 57-ci ölkə olduq. Mən ora gedəndə “Milan” Hospitalla bağlı videoçarx aparmışdım. Həmin videoçarxda bizim hospitalın gördüyü işlər lazım olan səviyyədə göstərilirdi. Aparıcı da ingilis dilində danışırdı. Həmin videoçarxı tədbirdə iştirak edənlərə və Vinçenzo Kastiqliolaya göstərdik və hamının çox xoşuna gəldi. Cənab Vinçenzo Kastiqliola bizim bu işimizi çox bəyəndi. Mən də onu Azərbaycana dəvət edib “Milan” Hospitalın işi ilə əyani tanış olmasını istədim. Orada mənə bildirdilər ki, o, altı aydan tez gələ bilməz. Çünki tez-tez xarici ölklərə gedir. Tale elə gətirdi ki, Vinçenzo Kastiqliola bir aydan sonra Azərbaycana gəlmək istədiyini bizə bildirdi. Biz onu Azərbaycanda çox yüksək səviyyədə qarşıladıq. O, bizim Hospitalda oldu. Gördüyü hər işdən valeh oldu.

Bizim dünya səviyyəli tibbi aparatlar, həkimlərimizin peşəkar olması onun çox xoşuna gəldi. O, deyirdi ki, mən Azərbaycanı yalnız xəritədə görmüşdüm. Tanımırdım. Biz onu Azərbaycanın bəzi görməli yerlərinə apardıq. Bir neçə gün bizim qonağımız oldu. Hər şey və ölkəmizin gözəlliyi, insanlarımızın mehribanlığı, qonaqpərvərliyi onu çox valeh elədi. Sonra dünya səviyyəli jurnallara müsahibəsində bildirmişdi ki, “bu “Milan” Hospital dünya səviyyəsində tanına biləcək tibb müsəsisəsidr. Onun işi dünyada lazım olan kimi təbliğ olunmalıdır. Çünki bu hospitallda xəstələr iynəsiz, dərmansız kompleks müalicə olunurlar və sağalırlar. Buradakı həkimlər də öz işlərilə bir möcüzə yaradırlar”. Əlbəttə, bizim hospital da yarandığı yeddi ildə gördüyü böyük işlərlə keçmiş Sovetlər Birliyində tanınır. Çünki bizə MDB məkanından çoxlu xəstələr gəlir. Beləliklə, 2019-cu ildən Avropa tibb dünyası ilə bizim yaxın tanışlığımız, əməkdanşlığımız yarandı və biz də Avropa Tibbi Assosiasiyasının üzvü seçildik. Bizə Tibb İnstitutu adı verildi. Araya pandemiya düşdüyünə görə işlərimiz bir qədər ləngidi. Amma bizim onlarla yazışmalarımız və video görüntülərimiz, onlayn konfranslarımız davam edirdi.

Heç gözləmədiyim halda mənə xəbər verdilər ki, mənim özümə bir "biznes ledi" kimi idarəçilik üzrə professor adı vermək istəyirlər. Doğrusu bunu eşitməyim mənim üçün və kollektivimiz üçün çox sevindirici bir hal oldu. Və hətta dünyanın 75 ölkəsindən məşhur həkimlər, baş həkimlər, xəstəxanaların rəhbərləri dekabr ayının 17-də canlı yayımla məni təbrik etməyə başladılar və mənim gördüyüm uğurlu işlərdən ürək dolusu danışdılar. Onlar hamısı istəyirdilər ki, professor adının diplomunu, medalını, ordenini, mantosunu Azərbaycana gətirib, burada mənə təqdim edələr. Amma pandemiya dövrü olduğuna görə belə qərara gəldilər ki, fəxri adın diplomunu, medalını, ordenini, mantosunu mənə beynəlxalq səviyyəli poçtla göndərsinlər. Artıq göndəriblər.

Bu işdə bizim həkim Səriyyə xanımın Hüseynovanın da xidmətləri əvəzsizdir. Çünki tez-tez “Milan” Hospitalla bağlı həmin assosiasiyaya maraqlı məlumatlar göndərir. O da həmin assosiasiyanın üzvüdür.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

P.S. Doğrudan da bu fəxarətə layiqdir ki, azərbaycanlı xanım, iş adamı belə dünya səviyyəli bir ada layiq görülüb. Bu, elə Azərbaycan tibb sahəsinin də böyük fəxridir. Deməli, Azərbaycan tibbi artıq dünyaya yol açır. Bu yolun da ilkinini, körpüsünü məhz “Milan” Hospital və onun yaradıcısı Xuraman xanım Muradova qoydu. Bir daha Xuraman xanım Muradova başda olmaqla “Milan” Hospitalın kollektivini təbrik edirəm.

Dünya şöhrətli təbib İbn Sinanın belə bir kəlamı var: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”. Gəlin həqiqəti deyək ik, bu gün xəstəxanalarımızda belə cahil həkimlər həddindən artıq çoxdur. Xəstəxanalarmızı belə cahil həkimlərdən təmizləmək üçün “Milan” Hospitalın iş təcrübəsini Azərbaycan tibb sahəsində lazım olan kimi yaymaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə