“Vikipediya”da Azərbaycan həqiqətləri” adlı tədbir keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatında “Qorqud” Vikipediya Metodik Klubunun “Vikipediya”da Azərbaycan həqiqətləri” adlı tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə millət vəkilləri Elnur Allahverdiyev, Ramin Həsən, Anar Məmmədov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və tanınmış şəxslər iştirak ediblər.
Tədbirdə “Qorqud”un 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyətinə dair hesabatı təqdim olunub. İlk öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 səqiqəlik sükutla yad edilib.
Çıxış üçün ilk söz millət vəkili Elnur Allahverdiyevə verilib. Deputat çıxışında ermənilərin azərbaycanlılara aid ərazi adlarını saxtalaşdırmaları barədə danışıb və Azərbaycanın dünyaya tanıdılmasının vacibliyini vurğulayıb.
Ardınca çıxış edən könüllü Ayxan Ziyadzadə Azərbaycanın tanınmasında vikipediyanın əhəmiyəti, “Qorqud” Vikipediya Metodik Klubu, “Qorqud”un 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyəti barədə danışıb.
Sonra qaliblərə diplomlar təqdim edilib. Diplomları millət vəkilləri təqdim ediblər.
Növbəti çıxış üçün söz millət vəkili Ramin Həsənliyə verilib. Millət vəkili bu klubun fəaliyyətinin vacibliyinə toxunub və bu işdə fəal olan gənclərə dəstəyi yüksək qiymətləndirib, bu işdə zəhməti olan hər kəsə minnətdarlıq ifadə edib.
Çıxış edən millət vəkili Naqif Həmzəyev vikipediada Azərbaycan barədə informasiya yerləşdirilməsinin önəmini qeyd edib və vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da tədbirlə bağlı fikirlərini bölüşüb, tədbirin mahiyyəti və əhəniyyətin barədə danışıb.
Tədbir çıxışlarla davam etdirilib və “Qorqud”un 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyəti barədə fikirlər səsləndirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB