Bakı və Bakıətrafı ərazilərdə partlayış səslərinin səbəbləri məlum olub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakıətrafı ərazilərdə hərbi təlimlər keçirilir.
"Şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir. Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində partlayış səsləri eşidilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB