"Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunmasının həm tarixi, həm siyasi, həm də mənəvi əhəmiyyəti böyükdür". Bu sözləri SİA-ya açıqlamasında tarixçi Firdövsiyyə Əhmədova bildirib.
Onun sözlərinə görə, rəmzi olaraq seçilmiş bir günün özəl tarixçəsi var: “Çünki onsuz da Azərbaycan xalqı öz torpaqları, xalqın müqəddərratı ilə bağlı məsələlərin həllində daim həmrəylik göstərib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesi ermənilərin Azərbaycan torpaqlarına iddiası və təcavüzkar siyasətinin zəminində başlamışdır. Bu baxımdan 1988-ci ildən artıq Azərbaycan xalqını yenidən həmrəy, mütəşəkkil olaraq “Meydan hərəkatı"nda gördük. Azərbaycan tarixinə “Meydan hərəkatı" kimi daxil olan bu hərəkat əslində Azərbaycan xalqının etnik, dini müxtəlifliyini əks etdirən, yaşından asılı olmayaraq bütün vətəndaşlarının mütəşəkkil çıxış etdiyi və həmrəy olduğu bir hadisə idi. Bu həmrəylik nədən ibarət idi. 1988-ci ildə biz Azərbaycan xalqının mərkəzi hakimiyyətinin ədalətsiz siyasətinə qarşı həmrəyliyini gördük”. Sözlərinə davam edərək bildirib ki, Azərbaycan torpaqlarına qarşı təcavüzə etiraz etmək, Azərbaycan təbiətinin məhv olunmasına qarşı etirazının həmrəyliyini gördük: “Öz hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqı artıq gördü ki, Sovetlər birliyi tərkibində mərkəzi hakimiyyət qarşısında hakimiyyət birtərəfli qaydada siyasət yürüdən respublikanı müdafiə edir. Azərbaycan xalqının haqq səsinə səs vermir. Bu zaman artıq 1989-cu ildə Sovet Birliyinin İranla sərhəddində yaradılmış izdehamları dağıtmağa başladı. Bütöv bir xalqın içində parçalanması uzun, artıq 2 əsr müddət idi ki, xalqın mənəvi baxımdan vətənində daima yaşayır. Buna görə də həmin gün, həmin tarix artıq Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi rəsmi olaraq qeyd olunmağa başlanıldı. Xüsusilə də 1989-cu ildən az sonra 1990-ci ilin yanvarında Bakıya qanunsuz olaraq yeridilən ordunun törətdiyi hadisələrə qarşı Azərbaycan xalqının şəhidlərinin dəfn mərasimi zamanı sükut birgə etirazının həmrəyliyini gördük. Milyonlarla insanın iştirak etdiyi matəm yürüşündə xalqın birliyi öz lal sükutu ilə böyük bir fövqəl dövlətin hakimiyyətinə qarşı ən kəskin etiraz idi. Bundan sonra artıq proseslər xalqın suverenliyi, müstəqilliyi uğrunda apardığı mübarizə məcrasında inkişaf etməyə başladı. Yəni bu həmrəylik hadisələrinin nümunələrinin sonrakı dövrlərdə də 30 il ərzində biz dəfələrlə görmüşük. Amma ən sonuncu hadisə kimi 44 günlük müharibə zamanı Dünya Azərbaycanlılarının Həmrəyliyini gördük. Yəni bir var Azərbaycan Respublikası daxilində yaşayan bütün xalqların həmrəyliyi biri də var Azərbaycanlıların haqq səsinə səs verən Azərbaycan hüdudlarından kənarda yaşayan həmvətənlərimizin mövqeyi idi. Ona görə bu 44 günlük müharibə zamanı həqiqətən də biz dünya Azərbaycanlılarının həmrəyliyindən həqiqi mənada bəhs edə bilərik. Nəzərə alsaq ki, dünya Azərbaycanlıları bu məsələdə tək deyildilər. Türkiyə Cümhuriyyətinin timsalında türk dünyasının dəstəyini və həmrəyliyini gördük. Azərbaycan diasporları ilə Türkiyə diasporlarının həmrəyliyini də xaricdə keçirilən aksiyalar və ya tədbirlər zamanı da müşahidə etmişik. Bu baxımdan hesab edirəm ki, bu günün fəlsəfəsini, mahiyyətini tarixini siyasi şərtlərini hər zaman gənc nəsilə təlqin etmək, aşılamaq lazımdır. Bu günün digər bir beynəlxalq əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan xalqının həmrəyliyini 44 gün ərzində və ondan sonrakı dövrdə də görən dünya dövlətləri bu xalqın mütəşəkkilliyi qarşısında, ona qarşı qərəzli siyasət yürütmək istəyi olarsa belə hesab edirəm ki, bu mövzuda artıq çox ciddi bir mesaj aldılar. Hər hansı bir məsələdə ədalətsiz qərar mövqeyi nümayiş etdirəcəkləri təqdirdə Azərbaycan xalqının simasında milyonlarla Azərbaycanlılarının mövqeyini görəcəklər. Bu Vətən müharibəsindən sonra qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik günlərinin bundan sonrakı əhəmiyyəti artıq daha çox işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri ilə bağlı verəcəkləri dəstəkdə özünü büruzə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB