Polis əməkdaşları məktəblilərlə görüşüb - FOTOLAR

Polis əməkdaşları məktəblilərlə görüşüb - FOTOLAR

Xızı və Xaçmaz rayonlarında narkomaniya əleyhinə profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, həmin rayonların polis şöbələrinin əməkdaşları bir sıra məktəblərdə “Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçiriblər.

Tədbirlərdə çıxış edən Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq Hüseynov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat veriblər. Tədbirdə narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayonlar ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə çıxış edən digər qurumların nümayəndələri də ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə