Daşkəsəndə iki müasir elektrik yarımstansiyası istifadəyə verilib
Dekabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 2 ədəd yeni 110 kV-luq “Əhmədli” və 35 kV-luq “Zağalı” elektrik yarımstansiyalarının təntənəli açılışı keçirilib. SİA xəbər verir ki, açılışda Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər, Zağalı və ətraf kəndlərin sakinləri böyük ruh yüksəkliyi ilə iştirak ediblər.
Müasir standartlara uyğun inşa olunmuş elektrik yarımstansiyalarının açılışında Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, rayonun Zağalı və Əhmədli kəndləri ərazilərində ən müasir formada tikilərək istifadəyə verilən “Zağalı” və “Əhmədli” elektrik yarımstansiyalarının təntənəli açılışına əlamətdar, tarixi bir gündə - Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyi günündə toplaşmışıq: "Bu gün müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin etmişdir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və daim dəstəklənir".
Ə.Abıyev əlavə edib ki, Ulu Öndərimizin əbədiyaşar ideyalarının yüksək səviyyədə həyata keçirən möhtərəm Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə apardıqları çox şərəfli ali dövləti fəaliyyətlərində bundan sonra da yeni uğurlu nailiyyətlərə imza atacaqlar: "Möhtərəm Prezident İlham Əliyevin Fərmanına əsasən işğaldan azad edilmiş Kəlbəcər rayonunun dağıdılmış elektrik təsərrüfatının bərpası, xüsusən də ərazidə yeni yaradılan obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC zəruri tədbirlər həyata keçirmiş, 18 iyul 2021-ci il tarixdə Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin olunmuşdur. Bu məqsədlə yeni 110 kilovoltluq “Kəlbəcər” hava xətti 20 kilometr məsafədə Daşkəsən rayonu ərazisindən çəkilmişdir".
Rayon İcra hakimiyyətinin başçısının nitqindən sonra “Azərişıq” ASC-nin aparıcı mühəndisi Hamlet Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Zağalı kənd sakinləri və şəhid valideynləri adından şəhid atası İlham Cabbarov çıxış edib, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB