Cənab Prezidentin sosial sahəyə olan diqqəti danılmazdır - MÜNASİBƏT BİLDİRİLDİ

Cənab Prezidentin sosial sahəyə olan diqqəti danılmazdır - MÜNASİBƏT BİLDİRİLDİ

"Müzəffər Ali baş Komandan, xilaskar Prezident cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük etimadını qazanaraq, böyük səs çoxluğu ilə seçkilərdə qalib gəlib prezident kürsüsünə qalxdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, cənab İlham Əliyev prezident kürsüsünə qalxdığı gündən etibarən bu illər ərzində hər bir zaman atdığı bütün addımların, verdiyi vədlərin arxasında dayandığını dəfələrlə isbat edib: "Ali Baş Komandan prezidentliyə gəldiyi ilk günlərdən "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" ifadəsini işlətmişdi. İlham Əliyev çox qısa bir müddətdə hakimiyyətə gəliyi gündən həftələr sonra həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı bacardı və bütün hamıya yaxşı prezident olduğunu sübut etdi.

Ölkədə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət, yüksək səviyyədə inkişafa nail olmaq, dövlətimizin bölgədə, Cənubi Qafqazda söz sahibi olması, beynəlxalq təşkilatlar tərəfindən tanınması, dünyanın inkişaf etmiş ölkələri arasında bizim dövlətimizin də adının çəkilməsi və s. bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasətinin nəticəsidir. Əlbəttə, bütün sahələrdə əldə etdiyimiz uğurların hər birini böyük qürur hissi ilə yaşamışıq. Bizim bu illər ərzində həll edə bilmədiyimiz bir məsələ qalmışdı, o da Qarabağ problemi idi. Cənab Prezidentin də hər zaman söylədiyi kimi bizim bu problemi həll etməyə gücümüz, qüvvəmiz, ordumuz var. Lakin biz bunun müharibə və hərb yolu ilə həllini istəmirik deyən prezidentimiz nəhayət qarşı tərəfin yəni Ermənistanın və onun təxribatı nəticəsində son qətiyyətli addımı atmaq məcburiyyətində qaldı. Bununla da biz şanlı mübarizəmizə başladıq və 44 gün ərzində heç bir dünya ölkəsinin edə bilmədiyi strateji taktiki planla biz irəlilədik.

30 ildən artıq işğal altında olan torpaqlarımızı azad edərək, vətənimizə bütövlük gətirib sərhədlərimizin suverenliyini təmin etdik. Təbii ki, biz bunu xilaskar prezidentimizin dəmir yumruğuna və iradəsinə borcluyuq. Cənab Prezidentin sosial sahəyə olan diqqəti də danılmazdır. Həm müharibə günlərində, həm də müharibədən sonra dünya ölkələri iqtisadi burulğanın caynağında olarkən, Azərbaycanda iqtisadi nailiyyətlər əldə olunur. Xüsusilə də son dövrlərdə Azərbaycanda əhalinin bütün təbəqələrinin təqaüdləri, maaşları, pensiyalarının artması və s. kimi islahatlar da bu qəbildəndir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə