Biz mobil, sabit şəbəkələrin bərpası ilə bağlı işləri davam etdirəcəyik - NAZİR

Biz mobil, sabit şəbəkələrin bərpası ilə bağlı işləri davam etdirəcəyik - NAZİR

"İşğaldan azad edilmiş ərazirlərdə 52 faiz mobil internetlə əhatə olunub. Bu da Azərbaycanın inkişafından xəbər verir". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir vurğulayıb ki, əgər 1998-ci ildən etibarən baxsaq, yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni (işğal olunmuş ərazilər istisna olmaqla) 95% təmin etməyə nail olmuşduq: "Amma qısa müddətdə 52%-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit, həm də mobil şəbəkənin bərpasə ilə bağlı işləri davam etdirəcəyik”.

R.Nəbiyev əlavə edib ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq. “Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə