İmmun sistemini gücləndirən qidalar hansılardır? - QİDA TEXNOLOQU AÇIQLADI
“Ümumiyyətlə rəngli, qazlı içkilərdən, boş karbohidratlardan, konservalaşdırılmış və işlənmiş sosiska-kolbasa məhsullarından uzaq durmaq lazımdır ki, immun sistemimiz güclü olsun”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bu qidaları istehlak edib də biz immun sisteminin güclənməsindən danışa bilmərik: “İmmun sisteminin güclü olması üçün isə qəbul edəcəyimiz qidalar təbii ki, mövsümə uyğun meyvələr olmalıdır. Eyni zamanda insanlar bəzən bahalıqdan da şikayət edirlər. Bəli, haqlıdırlar. Bəzən olur ki, hansısa bir sabiq dövlət işçisi bahalaşmanı hiss etmədiyini bildirir. Çünki onun evinə hazır məhsullar gedir, pulu öz cibindən xərcləmir. Buna görə də bahalaşmanın olub-olmamasından xəbərdar deyil. Bu məsələnin bir tərəfi. Yəni bu insanlar heç vaxt bazar görməyiblər, amma bazarda bahalaşmanı hiss etmədiklərini də deyirlər. Bu məsələyə ona görə toxundum ki, mövsümü meyvələr ucuz olmasa, yerli yarmarkalar yaradılmasa, kəndliyə hər yarmarkada iştirak etməsi üçün tendensiyada qarşılığında onlardan pul tələb etməsələr, kəndli üçün öz məhsulunu rahat sata biləcəyi şərait yaratsalar bu zaman hər kəsin əkib-becərməyə həvəsi olacaq. İnsanlar da immun sistemlərinin güclü olması üçün mövsüm meyvə-tərəvəzlərindən istehlak edərək, buna nail olacaqlar. Triptofan tərkibli qidalar mövcuddur. Hansı ki, bura çərəzlər, ət məhsulları, yağlar, yəni əvəz olunmaz yağ turşuları ilə zəngin olan qidaları da istehlak etmək lazımdır. Təbii ki, norma həddini aşmadan. Daha sonra xaş, kəllə-paça, qaynadılmış ət məhsulları və onlardan hazırlanmış şorbaları da immun sistemini güclü saxlamaq üçün istehlak etmək lazımdır. Bunlar da təbii olaraq həm qış menyusu, həm də tərkibində triptofan olduğuna görə immun sistemini güclü saxlayır və insanlarda covid-19-5a qarşı müqavimət qazanmaqda dəstək olur. Yəni biri var ki, insanlar transiyalardan istehsal olunmuş məhsulları yeyirlər, yəni boş karbohidratları. Boş karbohidrat dedikdə un və undan hazırlanan şirniyyatlar daxildir. Biri də var ki, evdə tam buğda və çovdar unundan çörək və şirniyyatlar bişirilir. İmmun sistemini bu cür lifli, orqanik qidalar istehlak etməklə güclü saxlamaq olar. Eyni zamanda Bakı çox sıxlıq olan şəhərlər sırasındadır. Yəni tıxaclar zamanı əsəb-sinir sistemlərinin pozulması kimi hallar da immun sisteminin zəifləməsinə gətirib çıxarır. Daha sonra insanların lazımi qədər təmiz hava ala bilməməsi, qanda oksigen səviyyəsinin aşağı düşməsi də təbii ki, immun sisteminin zəifləməsi ilə nəticələnir. Buna görə də sadaladıqlarımın hamısı birgə düşünülərsə immun sistemində mübət yönümlü dəyişikliklərlə qarşılaşmaq olar. Ən yaxşı vasitə isə rayonda tıxac olmadan, təmiz hava və təbii qidalarla bəslənməkdir. Bakıda isə 4-cü sənaye əsridir və bu mümkün deyil”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB