Nazir polis rəisini vəzifəsindən azad etdi

Nazir polis rəisini vəzifəsindən azad etdi

Səbail rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarılıb.

M.Fətəliyev sərəncama götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə