"Prezidentin siyasəti həmişə sosial layihələrin icrasına yönəlib" -MÜNASİBƏT BİLDİRİLDİ
"2003-cü ildən bəri İlham Əliyevin imzaladığı fərmanlarla bir çox sosial proqram qəbul edilib, hazırda edilir və həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti həmişə iqtisadiyyatın inkişafına və sosial layihələrin icarasına yönəldilib: “Əhalinin məşğulluq sahəsində həyata keçirilən proqramlar, xüsusilə də özünüməşğulluq proqramının icrası sosial gücün təmin olmasında böyük çəkiyə malikdir. Bütün bu illər ərzində iqtisadiyyatdan əldə olunan gəlir əhalinin sosial müdafiəsinə, rifahının güclənməsinə yönəldiməklə həm iqtisadi yüksəlişə nail olunub, həmdə sosial təminat yaxşılaşıb”.
Sosioloq sözlərinə davam edərək bildirib ki, pensiyalar, əmək haqları, sosial müavinətlər, təqaüdlər artır, devalivasiya zamanı banklara on min dollara qədər kredit borcu olanların problemi həll edildi, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün layihələr həyata keçirilir, sosial yardım paketləri təyin olunur, ehtiyaclı qruplar üçün ev, avtomobil təminatı həyata keçirilir: “Yəni Azərbaycan dövləti sosialyönümlü dövlət olaraq tanınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB